Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-304/2025 19.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 03 iyul 2023 il tariхli, 800804-517838/3 nömrəli krеdit müqaviləsi üzrə 4217,89 manat məbləğində əsas bоrc və 521,11 manat faiz borcu оlmaqla, cəmi 4739 manat məbləğində kredit borcun və 03 iyul 2023 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 1074,42 manat məbləğində əsas bоrc və 60,25 manat faiz borcu оlmaqla, cəmi 1134,67 manat məbləğində kredit bоrcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 5292,31 əsas və 581,36 faiz borcu olmaqla cəmi 5873,67 manat borcun və 79,13 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 iyul 2023 il tariхli, 800804-517838/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində və 03 iyul 2023 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 1000 (bir min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 03 iyul 2023 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinin 2.10 bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan Cavabdehoğlu 03 iyul 2023 il tariхli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. 14 yanvar 2025-cü il tarixinə cavabdehin 03 iyul 2023 il tariхli, 800804- 517838/3 nömrəli krеdit müqaviləsi üzrə 4217,89 manat məbləğində əsas bоrc və 521,11 manat faiz borcu оlmaqla, cəmi 4739 manat məbləğində və 03 iyul 2023 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 1074,42 manat məbləğində əsas bоrc və 60,25 manat faiz borcu оlmaqla, cəmi 1134,67 manat məbləğində kredit bоrcu yaranmışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 18 fevral 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 19 mart 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 18 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə verərək, iddia tələbini qəbul etdiyini, İddiaçı ASC-yə olan cəmi 5873,67 manat (beş min səkkiz yüz yetmiş üç manat 67 qəpik) borcunu imkanı olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 03 iyul 2023 il tariхli, 800804-517838/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 03 iyul 2023 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 1000 (bir min) manat məbləğində krеdit vеrilmişdir, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: maliyyə arayışından görünür ki, 03 iyul 2023 il tariхli, 800804- 517838/3 nömrəli krеdit müqaviləsi üzrə 4217,89 manat məbləğində əsas bоrc və 521,11 manat faiz borcu оlmaqla, cəmi 4739 manat məbləğində kredit bоrcu və 03 iyul 2023 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 1074,42 manat məbləğində əsas bоrc və 60,25 manat faiz borcu оlmaqla, cəmi 1134,67 manat təşkil edir. İş materiallarında olan: 03 iyul 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 6000 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 22 noyabr 2024-cü il tarixli xəbərdarlıqdan (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür; kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh (borcalan) kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 79,13 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1) 03 iyul 2023-cü il tarixli 800804-517838/3 nömrəli kredit müqaviləsi üzrə 4217,89 AZN (dörd min iki yüz on yeddi manat-89 qəpik) əsas borc və 521,11 AZN (beş yüz iyirmi bir manat-11 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 4739 AZN (dörd min yeddi yüz otuz doqquz manat) məbləğdə kredit borcu, 2) 03 iyul 2023-cü il tarixli 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 1074,42 AZN (bir min yetmiş dörd manat-42 qəpik) əsas borc və 60,25 AZN (altmış manat-25 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1134,67 AZN (bir min bir yüz otuz dörd manat-67 qəpik) məbləğdə kredit borcu, iki müqavilə üzrə cəmi 5873,67 AZN (beş min səkkiz yüz yetmiş üç manat-67 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 79,13 AZN dövlət rüsumunun pul əvəzi, ümumilikdə 5952,80 AZN (beş min doqquz yüz əlli iki manat-80 qəpik)dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1) 03 iyul 2023-cü il tarixli 800804-517838/3 nömrəli kredit müqaviləsi üzrə 4217,89 AZN (dörd min iki yüz on yeddi manat-89 qəpik) əsas borc və 521,11 AZN (beş yüz iyirmi bir manat-11 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 4739 AZN (dörd min yeddi yüz otuz doqquz manat) məbləğdə kredit borcu, 2) 03 iyul 2023-cü il tarixli 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 1074,42 AZN (bir min yetmiş dörd manat-42 qəpik) əsas borc və 60,25 AZN (altmış manat-25 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1134,67 AZN (bir min bir yüz otuz dörd manat-67 qəpik) məbləğdə kredit borcu, iki müqavilə üzrə cəmi 5873,67 AZN (beş min səkkiz yüz yetmiş üç manat-67 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 79,13 AZN dövlət rüsumunun pul əvəzi, ümumilikdə 5952,80 AZN (beş min doqquz yüz əlli iki manat-80 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-304/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-304/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver