Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-331/2025 02.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10980,74 manat məbləğində əsas kredit borcunun, 723,27 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 21,54 manat cərimə borcu olmaqla cəmi 11725,55 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 125,18 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 mart 2024-cü il tarixli 5130***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq 13 mart 2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 45 ay müddətinə illik 19,5% dərəcəsi ilə olmaqla, hər ay 368,86 manatı ödəniş cədvəlində göstərilən tarixdə ödənilmək şərti ilə 11700 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 21 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 10980,74 manat məbləğində əsas kredit borcu, 723,27 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 21,54 manat cərimə borcu olmaqla,cəmi 11725,55 manat məbləğində borcu qalmaqdadır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 03 mart 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışıiclası 02 aprel 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, 03 mart 2023-cü il tarixdə məhkəməyə ərizə verərək növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 03 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiyini, İddiaçı ASC-yə olan cəmi 11725,55 manat məbləğində kredit borcunu imkanı olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 mart 2024cü il tarixli 5130***-*******02L saylı əsas kredit limiti razılaşmasından görünür ki, Cavabdeh 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılması razılaşdırılmışdır. İş materiallarında olan: Tərəflər arasında olan 13 mart 2024-cü il tarixli SMS razılaşmasının kağız daşıyıcıda çap olunan variantından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 45 ay müddətinə illik 19,5 faiz dərəcəsi ilə olmaqla, hər ay ödəniş cədvəlinə uyğun 368,86 manat ödənilmək şərti ilə 11700 (on bir min yeddi yüz) manat məbləğində kredit verilməsi qarşılıqlı razılaşdırılmışdır. İş materiallarında olan: maliyyə arayışından görünür ki, Cavabdeh 21 noyabr 2024cü il tarixə 10980,74 (on min doqquz yüz səksən manat 74 qəpik) manat məbləğində əsas kredit borcu, 723,27 (yeddi yüz iyirmi üç manat 27 qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 21,54 (iyirmi bir manat 54 qəpik) manat cərimə borcu olmaqla,cəmi 11725,55 ( on bir min yeddi yüz iyirmi beş manat 55 qəpik) manat kredit borcu vardır. İş materiallarında olan: İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi G.Orucova tərəfindən Cavabdeh göndərilmiş 17 yanvar 2025-ci il tarixli Pretenziyadan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə borcalana qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir (göndəriş qəbzi vardır). İş materiallarında olan: “ASAN ödəniş” sisteminin (AsanPay) 14 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 125,18 AZN dövlət rüsumu ödənilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125,18 AZN (bir yüz iyirmi beş manat-18 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 01 may 2023-cü il tarixli 3010***-*******02L saylı Əsas kredit limiti razılaşması və 04 iyun 2024-cü il tarixli SMS razılaşmasına əsasən 10980,74 AZN (on min doqquz yüz səksən manat-74 qəpik) əsas borc, 723,27 AZN (yeddi yüz iyirmi üç manat-27 qəpik) faiz borcu və 21,54 AZN (iyirmi bir manat-54 qəpik) cərimə, cəmi 11725,55 AZN (on bir min yeddi yüz iyirmi beş manat-55 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 125,18 AZN (yüz iyirmi beş manat-18 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 11850,73 AZN (on bir min səkkiz yüz əlli manat- 73 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10980,74 AZN (on min doqquz yüz səksən manat-74 qəpik) əsas borc, 723,27 AZN (yeddi yüz iyirmi üç manat-27 qəpik) faiz borcu və 21,54 AZN (iyirmi bir manat-54 qəpik) cərimə, cəmi 11725,55 AZN (on bir min yeddi yüz iyirmi beş manat-55 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 125,18 AZN (yüz iyirmi beş manat-18 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 11850,73 AZN (on bir min səkkiz yüz əlli manat- 73 qəpik) məbləğdə pul vəsaiti alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-331/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-331/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver