Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-336/2024 23.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatının cavabdehlər Süleymanova Ruhiyyə Çərkəz qızı və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbi” barədə iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatı cavabdehlər Süleymanova Ruhiyyə Çərkəz qızı və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2430 manat əsas, 812 manat faiz, 141,76 manat cərimə olmaqla, ümumilikdə 3383,76 manat kredit borcunun və ödənilmiş 53,84 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə cavabdeh Süleymanova Ruhiyyə Çərkəz qızı arasında bağlanmış 12 iyun 2023-cü il tarixli, **********0751 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 30 faiz dərəcəsi olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Borclunun hər ay 141 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada üzərində Fincard adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq təşkilatla Cavabdeh2 arasında 12 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Süleymanova Ruhiyyə Çərkəz qızı ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 16 yanvar 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehlərin iddiaçıya olan borcunun məbləği 2430 manat əsas, 812 manat faiz, 141,76 manat cərimə olmaqla, ümumilikdə 3383,76 manat təşkil edir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli 2(040)-336/2024 saylı qərardadı ilə İddiaçı MMM QBKT-nın cavabdehlər Süleymanova Ruhiyyə Çərkəz qızı və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı MMM QBKT-nın nümayəndəsi, cavabdehlər Süleymanova Ruhiyyə Çərkəz qızı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMM QBKT-nın nümayəndəsi məhkəməyə ərizə göndərərək, 23 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMM QBKT (Borcverən) ilə Süleymanova Ruhiyyə Çərkəz qızı (Borcalan) arasında 12 iyun 2023-cü il tarixli **********0751 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Kredit verən tərəfindən Kredit alana 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir, Kredit alan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MMM QBKT ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 12 iyun 2023-cü il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit verən ilə Kredit alan arasında bağlanmış 12 iyun 2023-cü il tarixli **********0751 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: 12 iyun 2023-cü il tarixli Fincard kreditvermə qəzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən Süleymanova Ruhiyyə Çərkəz qızının hesabına 2500 manat pul mədaxil edilmişdir. İş materiallarında olan: 16 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Süleymanova Ruhiyyə Çərkəz qızının 12 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 2430 manat, faiz borcu üzrə 812 manat, cərimə üzrə 141,76 manat olmaqla, cəmi borcu 3383,76 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh Süleymanova Ruhiyyə Çərkəz qızı kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi ona qarşı hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Kreditverən qarşısında Kreditalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 53,84 manat dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 2430 (iki min dörd yüz otuz) manat əsas, 812 (səkkiz yüz on iki) manat faiz, 141,76 manat (yüz qırx bir manat 76 qəpik) cərimə olmaqla, cəmi 3383,76 manat (üç min üç yüz səksən üç manat 76 qəpik) kredit borcu və ödənilmiş 53,84 manat (əlli üç manat 84 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Süleymanova Ruhiyyə Çərkəz qızı və Cavabdeh2 2430 (iki min dörd yüz otuz) manat əsas, 812 (səkkiz yüz on iki) manat faiz, 141,76 manat (yüz qırx bir manat 76 qəpik) cərimə olmaqla, cəmi 3383,76 manat (üç min üç yüz səksən üç manat 76 qəpik) kredit borcu və ödənilmiş 53,84 manat (əlli üç manat 84 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-336/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-336/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver