Məhkəmə qərarları › İş №e-2(040)-337/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-337/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-337/2025 05.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5893,80 AZN əsas, 1238,93 AZN faiz, 73,12 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 7205,85 AZN kredit borcunun, həmçinin 0,40 AZN bank xidmət haqqının və ödənilmiş 92,06 AZN dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta”sı əsasında cavabdehə istehlak məqsədləri üçün 02 fevral 2023-cü il tarixində 01 fevral 2028-ci il tarixədək olan müddətə illik 27 faiz ödəmək şərtilə 6700 AZN məbləğində kredit xətti açılmışdır. Cavabdeh 02 fevral 2023-cü il tarixdə ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Ofertaya əsasən, borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında Ümumi Ofertaya əsasən bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" KB ASC-yə 26 dekabr 2024-cü il tarixə 5893,80 AZN əsas, 1238,93 AZN faiz, 73,12 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 7205,85 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 05 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: cavabdeh tərəfindən ərizə-anket imzalamaqla təsdiq edilmiş və 28 dekabr 2021-ci tarixli ümumi oferta çərçivəsində bağlanılmış 02 fevral 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 01 fevral 2028-ci il tarixdədək olan müddətə, illik 27 faiz dərəcəsi ilə 6700 AZN (altı min yeddi yüz) məbləğində kredit verməyi, Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 02 fevral 2023-cü il tarixli 1271nkBRDb/23 nömrəli kredit müqaviləsi üzrə 5893,80 AZN (beş min səkkiz yüz doxsan üç manat-80 qəpik) əsas borc, 1238,93 AZN (bir min iki yüz otuz səkkiz manat-93 qəpik) faiz borcu və 73,12 AZN (yetmiş üç manat-12 qəpik) cərimə borcu olmaqla, cəmi 7205,85 AZN (yeddi min iki yüz beş manat-85 qəpik) borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 08 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun üç iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -739.1-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; müstəqil peşə fəaliyyəti şəklində pul borc verməlkə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında krditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.2-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və məbləğindən asılı olmayaraq müavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviəsi yazılı formada bağlanmalıdır. -741-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlərlə verilməsini şərtləşdirərlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başaçatanadək aytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxta ödənilməlidir. -743-cü maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, əgər borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 92,06 AZN dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5893,80 AZN (beş min səkkiz yüz doxsan üç manat-80 qəpik) əsas borc, 1238,93 AZN (bir min iki yüz otuz səkkiz manat-93 qəpik) faiz borcu və 73,12 AZN (yetmiş üç manat-12 qəpik) cərimə borcu olmaqla, cəmi 7205,85 AZN (yeddi min iki yüz beş manat-85 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 92,06 AZN (doxsan iki manat-06 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının pul əvəzi, ümumilikdə 7298,31 AZN (yeddi min iki yüz doxsan səkkiz manat-31 qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5893,80 AZN (beş min səkkiz yüz doxsan üç manat-80 qəpik) əsas borc, 1238,93 AZN (bir min iki yüz otuz səkkiz manat-93 qəpik) faiz borcu və 73,12 AZN (yetmiş üç manat-12 qəpik) cərimə borcu olmaqla, cəmi 7205,85 AZN (yeddi min iki yüz beş manat-85 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 92,06 AZN (doxsan iki manat-06 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının pul əvəzi, ümumilikdə 7298,31 AZN (yeddi min iki yüz doxsan səkkiz manat-31 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar