Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-36/2025 14.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı TAMKART çərçivə müqaviləsinə əsasən, 1. Nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 3682,67 AZN, faiz borcu üzrə 470,69 AZN olmaqla, cəmi 4153,36 AZN tutulması; 2. Tam kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 231,24 AZN, faiz borcu üzrə 19,3 AZN olmaqla, cəmi 250,54 AZN tutulması; 3. həmçinin iddia ərizəsi üçün ödənilmiş 64,04 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 02 dekabr 2024-cü il tarixdə iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə göndərərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş nağd krediti üzrə 2934,66 manat, faiz borcu üzrə 4,43 manat olmaqla, cəmi 2939,09 manat borc, kart krediti üzrə 231,24 manat əsas, 10,11 manat faiz, cəmi 241,35 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 64,04 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 13 yanvar 2025-ci il tarixdə məhkəməyə vəsatət göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, ödənilmiş dövlət rüsumu ilə birlikdə ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınmalı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə əsasən baxılmadan iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 64,84 manat (altmış dörd manat 84 qəpik) dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-36/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-36/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver