Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-37/2025 13.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Cavabdeh– Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2540,0 (iki min beş yüz qırx) manat məbləğində sığorta ödənişinin əvəzinin, 45,40 manat (qırx manat-40 qəpik) dövlət rüsumunun, ümumilikdə 2585,40 manat (iki min beş yüz səksən beş manat 40 qəpik) pulun alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW 745” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Volkswagen” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə DYPŞ tərəfindən tərtib olunan qərara əsasən “BMW 745” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 2540 (iki min beş yüz qırx) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS241010 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 2540 (iki min beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə 07 oktyabr 2024-cü il tarixdə iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2(040)-1044/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq iclası 05 dekabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 13 yanvar 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 13 yanvar 2025-ci il tarixli ərizədə məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 24 aprel 2024-cü il tarixdə Gəncə şəhərində idarə etdiyi “BMW 745” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş, həmin vaxt, “Volkswagen” markalı avtomobilə yüngül ziyan dəymişdir. Onun barəsində protokol tərtib edilmiş, cəriməsini ödəmişdir. Ona digər avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir söz deyilməmiş, xəbərdarlıq edilməmişdir. Əgər ona vaxtında məlumat verilsəydi o zərər dəymiş avtomobili təmir etdirib vurulmuş ziyanı ödəyərdi. Sığorta şirkətinin qiymətləndirmə rəyindən onun xəbəri olmamış, ona bu barədə məlumat verilməmişdir. O, avtomobilə dəyən ziyanın hesablanması ilə bağlı heç bir qiymətləndirmədə iştirak etməmişdir. O, avtomobilə dəymiş ziyanla bağlı iddiaçıya 1000 (min) manat ödəməyə razıdır. Qalan hissədə- 1000 (min) manatdan artıq olan hissədə isə iddia tələbi əsassız olduğundan, yəni ziyan məbləği süni surətdə şişirdildiyindən, iddianı qəbul etmir (müvafiq yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Gəncə şəhəri BPİnin X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarla Cavabdeh 24 aprel 2024-cü il tarixdə **-BN-*** dövlət qeydiyyat nişanlı “BMW 745” markalı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməklə barəsində 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan: 26 may 2024-cü il tarixli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı “BMW 745” markalı avtomobilin Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Passat” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2540,0 manat olmuş, avtomobilə dəymiş ziyanla bağlı X2 2540 (iki min beş yüz qırx) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X3 **-BN-*** dövlət qeydiyyat nişanlı “BMW 745” markalı avtonəqliyyat vasitəsi 13 oktyabr 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən bir illik “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03 saylı qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” blankının Gəncə Şəhər Polis İdarəsinin X6 şöbəsi tərəfindən 24 aprel 2024-cü il tarixdə doldurulduğu göstərilən nüsxəsində göstərilmişdir ki, **-BN-*** dövlət qeydiyyat nişanlı “BMW 745” markalı avtomobilin sürücüsü Cavabdeh tərəfindən 24 aprel 2024-cü il tarixdə Gəncə şəhərində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Volkswagen Passat” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir (iş materialarında təsdiqlənməmiş fotosurətidir, məhkəmə onu mötəbər sübut kimi qəbul etmir-hakimin qeydi). İş materiallarında olan: "xxxx" ASC tərəfindən 17 may 2024-cü il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 2540 (iki min beş yüz qırx) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən tərtib olunduğu qeyd edilən 29 aprel 2024-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktın surətindən görünür ki, “Volkswagen Passat” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 2540 (iki min beş yüz qırx) manat qiymətləndirilmişdir (həmin aktda baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı məlumat göstərilmədiyinə görə məhkəmə onu sübut kimi qəbul etmir- hakimin qeydi). İş materiallarında olan: Gəncə şəhər DYPŞ-nin 27 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 24 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, **-BN-*** dövlət qeydiyyat nişanlı “BMW 745” markalı avtomobili idarə edərkən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.8 maddələrinin müddəalarından görünür ki, o cümlədən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda (həmin maddədə qeyd edilir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır-hakimin qeydi) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Cavabdeh 24 aprel 2024cü il tarixdə idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı “BMW 745” markalı avtonəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yolnəqliyyat hadisəsi törətmiş və nəticədə “Volkswagen Passat” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Həmçinin, Cavabdeh, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmağa görə İnzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 2540 (iki min beş yüz qırx) manat məbləğində maddi ziyanın vurulduğu sığortaçı tərəfindən hesablanmış, icbari sığorta müqaviləsinə əsasən zərərçəkmiş şəxsə 2540 (iki min beş yüz qırx) manat məbləğində sığorta ödənişi ödənilmiş, bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində hesablamış maddi ziyanın həcmini mübahisələndirir, iddia tələbini yalnız 1000 (min) manat hissədə qəbul edir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdikləri halı-dəymiş zərərin həcmini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən- 1000 (min) manat hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduqda, yuxarıda bəhs edilən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği yalnız Cavabdeh qəbul etdiyi məbləğlə-1000 (min) manatla məhdudlaşmalıdır və Cavabdeh 1000 (min) manat pul subroqasiya qaydasında alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş 45,40 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsinin pul əvəzi də Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. İddia qalan hissədə-Cavabdeh qarşı subrobasiya qaydasında 1540 (min beş yüz qırx) manat pulun və 15,40 manat (on beş manat 40 qəpik) dövlət rüsumunun əvəzinin tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Məhkəmə subroqasiya qaydasında tələbi iddiaçının qəbul etmədiyi 1540 (min beş yüz qırx) manat hissəsində ona görə təmin etməmişdir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdikləri halı-dəymiş zərərin həcmini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 1000 AZN (bir min manat), həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 AZN (otuz manat) hissəsinin pul əvəzi, cəmi 1030 AZN (bir min otuz manat) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-37/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-37/2025
13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver