Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-424/2024 16.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun ödənilməsi tələbi” barədə iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada əsas borc üzrə 9437,90 manat, faiz borcu üzrə 626 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 10063,90 manat kredit borcunun və ödənilmiş 120,19 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh4 arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli, **********0791 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 23 faiz dərəcəsi olmaqla 12000 manat məbləğində kredit verilmişdir. Borclunun hər ay 631 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada üzərində Fincard adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq təşkilatla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında 03 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh4 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh4 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 15 fevral 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehlərin iddiaçıya olan borcunun məbləği əsas borc üzrə 9437,90 manat, faiz üzrə 626 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə borcları 10063,90 manat təşkil edir. İddiaçı MMM QBKT-nın nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMM QBKT (Kreditverən) ilə Cavabdeh4 (Kreditalan) arasında 03 oktyabr 2022-ci il tarixli **********0791 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Kredit verən tərəfindən Kredit alana 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir, Kredit alan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MMM QBKT ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit verən ilə Kredit alan arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli **********0791 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MMM QBKT ilə Cavabdeh3 (zamin) arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit verən ilə Kredit alan arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli **********0791 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MMM QBKT ilə Cavabdeh1 (zamin) arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit verən ilə Kredit alan arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli **********0791 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: 03 oktyabr 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh4 hesabına İddiaçı MMM QBKT tərəfindən 12000 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan: 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 03 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 9437,90 manat, faiz borcu üzrə 626 manat, cərimə üzrə 0 manat olmaqla, cəmi borcu 10063,90 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh4 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi onlara qarşı hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də Kreditverən qarşısında Kreditalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120,19 manat dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 9437,90 manat (doqquz min dörd yüz otuz yeddi manat 90 qəpik) əsas, 626 (altı yüz iyirmi altı) manat faiz, 0 manat cərimə olmaqla, cəmi 10063,90 manat (on min altmış üç manat 90 qəpik) kredit borcu və ödənilmiş 120,19 manat (yüz iyirmi manat 19 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 9437,90 manat (doqquz min dörd yüz otuz yeddi manat 90 qəpik) əsas, 626 (altı yüz iyirmi altı) manat faiz, 0 manat cərimə olmaqla, cəmi 10063,90 manat (on min altmış üç manat 90 qəpik) kredit borcu və ödənilmiş 120,19 manat (yüz iyirmi manat 19 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-424/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-424/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver