Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-433/2025 24.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 260 (iki yüz altmış) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, - İddiaçı Oğuz şəhərində telefon, telefon aksessuarlarının satışı, eyni zamanda, telefon təmiri ilə məşğul olur və Oğuz şəhəri, Heydər Əliyev küçəsində “AS Telekom” adlı mağazası vardır. Oğuz rayonunda yaşadığı üçün rayon sakinlərinin çoxunu tanıyır. Oğuz rayon Padar kəndində yaşayan Cavabdeh adlı şəxs ona müraciət edərək özünə telefon lazım olduğunu və aldığı telefonu isə aydan aya hissə-hissə olmaqla pulunu ödəyəcəyini demişdir. Aşağda qeyd edilən tarixdə Cavabdeh adlı şəxs həmin telefonu aydan aya hissə-hissə olmaqla pulunu ödəmək şərti ilə ondan götürmüşdür. İlk tarixlərdə almış olduğu telefonu aydan aya ödənişlərini etdiyi üçün onda cavabdehə qarşı inam yaranmışdır. 16 oktyabr 2023-cü il tarixdə qiyməti- 362 manat olan “Samsung A04” (3ram/32GB) markalı telefonu Cavabdeh ondan almışdır. Bununla bağlı aralarında hər bir telefon üçün ayrı-ayrılıqda ödəniş cədvəli tərtib edilmişdir.Razılıqlarına əsasən müştəri hər ay ödəniş etdikdə mağazaya yaxınlaşaraq ödəniş cədvəlinə imza etməklə almış olduğu telefonun aylıq ödənişini həyata keçirir. O, isə öz növbəsində ödəniş cədvəlinə müştəri imza etdikdən sonra ödəniş edilmiş ay üçün möhür vurur. Telefon ilə zəng edərək dəfələrlə Cavabdeh ilə danışıqlar aparmışdır. Hətta, sosial şəbəkə olan “WhatsApp” vasitəsi ilə yazışmalar da olmuşdur. Yaxın zamanda almış olduğu telefonun pulunu ödəyəcəyini söz versə də cavabdeh sözünə əməl etməmişdir. Cavabdeh almış olduğu telefonun ilk aylarda ödənişlərini gecikməsiz həyata keçirmişdir. Ancaq sonradan heç bir ödəniş etməmişdir. 16 oktyabr 2023-cü il tarixdə almış olduğu qiyməti 362 manat olan “Samsung A04” (3ram/32GB) markalı telefondan cəmi hissə-hissə aylar üzrə 102 manat ödəniş etmiş, 260 manat borcu qalmışdır və bu ödəniş tapşırığı ilə öz təsdiqini tapmışıdır. İddiaçı 10 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 16 oktyabr 2023-cü il tarixli 1466/208 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Asif Telecom”dan aldığı qiyməti-362 manat olan “Samsung A04” (3ram/32GB) markalı telefon üçün ilkin ödəniş 50 manat olmaqla, 12 ay müddətinə hər ay 26 manat ödəməyi öhdəsinə götürmüş, borcundan ilk 2 ay ödəniş etmiş, 10 ayın ödənişini isə etməmişdir. İş materiallarında olan: 16 oktyabr 2023-cü il tarixli 1466/208 nömrəli müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh “Asif Telecom”dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş “Samsung A04” markalı, İMEİ kodu: **********69681 – **********69686 olan mobil cihazı borcu yarandığı təqdirdə “Asif Telecom” tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış 260 (iki yüz altmış) manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 260 (iki yüz altmış) manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 290 (iki yüz doxsan) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-433/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-433/2025
24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver