Məhkəmə qərarları › İş №e-2(040)-469/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-469/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-469/2025 30.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6597,16 manat məbləğində əsas kredit borcunun, 273,03 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 39,78 manat penya olmaqla cəmi 6909,97 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 89,10 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 01 dekabr 2022-ci iltarixli 5011***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən artıq olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. 01 dekabr 2022-ci il tarixli 5011***-*******02L saylı əsas Kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq 01 dekabr 2022-ci il tarixdə Cavabdeh2 36 ay müddətinə illik 15.5 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14000 AZN məbləğində kredit verilmişdir (sms kredit mətni iddia ərizəsinə əlavə edilmişdir). 5FİZAM159592302 saylı 01 dekabr 2022-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit üzrə öhdəliklərin icrasının təmini kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 23 yanvar 2025-ci il tarixə İddiaçı ASC-yə 6597,16 manat məbləğində əsas kredit borcu, 273,03 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 39,78 manat məbləğində penya olmaqla, cəmi 6909,97 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 02 aprel 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 30 aprel 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək, 30 aprel 2025-ci il tarixli məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 02 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiyini, İddiaçı ASC-yə olan kredit borcunu əsas borclu Cavabdeh2 ilə birlikdə imkanı olduqca ödəyəcəyini bildirmişdir (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2022-ci iltarixli 5011***-*******02L saylı əsas kredit limiti razılaşmasından görünür ki, Cavabdeh2 120 ay müddətinə illik faiz dərəcəsi 29 %-dən artıq olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılması razılaşdırılmışdır. İş materiallarında olan: Tərəflər arasında olan SMS razılaşmasının kağız daşıyıcıda çap olunan variantından görünür ki, 01 dekabr 2022-ci il tarixli 5011***-*******02L saylı əsas Kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq 01 dekabr 2022-ci il tarixdə Cavabdeh2 36 ay müddətinə illik 15.5 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan: 5FİZAM159592302 saylı 01 dekabr 2022-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit üzrə öhdəliklərin icrasının təmini kimi məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: maliyyə arayışından görünür ki, cavabdehlərin 23 yanvar 2025-ci il tarixə 6597,16 manat (altı min beş yüz doxsan yeddi manat 16 qəpik) məbləğində əsas kredit borcunun, 273,03 manat (iki yüz yetmiş üç manat 03 qəpik) məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 39,78 manat (otuz doqquz manat 78 qəpik) penya olmaqla cəmi 6909,97 manat (altı min doqquz yüz doqquz manat 97 qəpik) kredit borcu vardır. İş materiallarında olan: İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi G.Orucova tərəfindən cavabdehlərə göndərilmiş 27 yanvar 2025-ci il tarixli Pretenziyadan görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə borcalana qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir (göndəriş qəbzi vardır). İş materiallarında olan: “ASAN ödəniş” sisteminin (AsanPay) 21 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 89,10 AZN dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 16(040)-5/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərardadından görünür ki, ərizəçi (maraqlı şəxs) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Cavabdeh1 mülkiyyətində olan “VAZ 21214” markalı, buraxılış ili-2011, rəngi-ağ, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsinə dair” ərizəsi təmin edilməmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli 16(104)-30/2025 saylı qərardadından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(040)-5/2025 saylı müvəqqəti təminat tədbiri barədə qərardadından ərizəçi İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(040)-5/2025 saylı qərardadı ləğv edilmiş, ərizəçi İddiaçı Açıq Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək, Kəlbəcər rayonu Yellicə kəndində qeydiyyatda olan, vət.Cavabdeh1 (AZE ********, FİN xxxxxxx) mülkiyyətində olan “Vaz 21214” markalı, buraxılış ili-2011, rəngi- ağ, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya laziminca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamınlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca İcra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinın ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh2 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Odur ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 89,10 AZN (səksən doqquz manat 10 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh2 01 dekabr 2022-ci il tarixli 5011***- *******02L saylı Əsas kredit limiti razılaşmasına əsasən 6597,16 AZN (altı min beş yüz doxsan yeddi manat-16 qəpik) əsas borc, 273,03 AZN (iki yüz yetmiş üç manat- 03 qəpik) faiz borcu və 39,78 AZN (otuz doqquz manat-78 qəpik) cərimə, cəmi 6909,97 AZN (altı min doqquz yüz doqquz manat-97 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 89,10 AZN (səksən doquz manat-10 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 6999,07 AZN (altı min doqquz yüz doxsan doqquz manat- 07 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6597,16 AZN (altı min beş yüz doxsan yeddi manat-16 qəpik) əsas borc, 273,03 AZN (iki yüz yetmiş üç manat- 03 qəpik) faiz borcu və 39,78 AZN (otuz doqquz manat-78 qəpik) cərimə, cəmi 6909,97 AZN (altı min doqquz yüz doqquz manat- 97 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 89,10 AZN (səksən doquz manat-10 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 6999,07 AZN (altı min doqquz yüz doxsan doqquz manat- 07 qəpik) məbləğdə pul vəsaiti alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar