Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-47/2025 12.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən birgə qaydada 10515,31 AZN əsas, 394,55 AZN faiz, cəmi 10909,86 AZN məbləğində vəsaitin və ödənilmiş 122,73 AZN manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 10 iyun 2023-cü il tarixli RGTK1885225B123 saylı kredit müqaviləsinə əsasən ona 83 ay, illik 21 faiz dərəcəsi ilə 11097,13 AZN manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri icra etməmişdir. Nəticədə cavabdehin 02 oktyabr 2024-cü il tarixinə 10515,31 AZN əsas, 394,55 AZN faiz, cəmi 10909,86 AZN məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar nəticəsiz qalmışdır. Cavabdeh vəsatətinə əsasən 14 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə məhkəmə icraatı dayandırılmışdır. Ekspertin rəyi məhkəməyə gəldikdən sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası 03 aprel 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 12 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə 12 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh (borcalan) Cavabdeh arasında bağlanmış 10 iyun 2023-cü il tarixli RGTK1885225B123 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 83 ay müddətinə, illik 21 faiz olmaqla 11097,13 manat məbləğində kredit vermiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 10 iyun 2023-cü il tarixli RGTK1885225B123 saylı kredit müqaviləsi üzrə 02 oktyabr 2024-cü il tarixinə 10515,31 AZN əsas, 394,55 AZN faiz, cəmi 10909,86 AZN manat kredit borcu vardır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2025-ci il tarixli 9/10153 saylı ekspert rəyindən görünür ki, 10 iyun 2023-cü il tarixli RGTK1885225B123 saylı kredit müqaviləsi üzrə Cavabdeh 02 oktyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu: 10391,17 manat əsas, 339,39 manat faiz olmaqla cəmi 10730,56 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan: 10 iyun 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 11097,13 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: cavabdehə göndərilmiş 25 sentyabr 2024-cü il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və buna görə borcu yaranmışdır. Lakin iddia ərizəsində cavabdehin borcu 10515,31 AZN əsas, 394,55 AZN faiz, cəmi 10909,86 AZN göstərilsə də, ekspert rəyində 10 iyun 2023-cü il tarixli RGTK1885225B123 saylı kredit müqaviləsi üzrə borcu 10391,17 AZN əsas, 339,39 AZN faiz olmaqla cəmi 10730,56 AZN məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 10 iyun 2023-cü il tarixli RGTK1885225B123 saylı kredit müqaviləsi üzrə əsas borcunun məbləği ekspertiza rəyinə uyğun olaraq 10391,17 AZN (on min üç yüz doxsan bir manat-17 qəpik) əsas borc və 339,39 AZN (üç yüz otuz doqquz manat-39 qəpik) faiz borcu, cəmi 10730,56 AZN (on min yeddi yüz otuz manat-56 qəpik) məbləğində kredit borcu müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 122,73 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi- 122,19 manat (yüz iyirmi iki manat 19 qəpik) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh 10391,17 AZN (on min üç yüz doxsan bir manat-17 qəpik) əsas borc və 339,39 AZN (üç yüz otuz doqquz manat-39 qəpik) faiz borcu, cəmi 10730,56 AZN (on min yeddi yüz otuz manat-56 qəpik) kredit borcu və 122,19 manat (yüz iyirmi iki manat 19 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10391,17 AZN (on min üç yüz doxsan bir manat-17 qəpik) əsas borc və 339,39 AZN (üç yüz otuz doqquz manat-39 qəpik) faiz borcu, cəmi 10730,56 AZN (on min yeddi yüz otuz manat-56 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 122,19 AZN (yüz iyirmi iki manat-19 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 10852,75 AZN (on min səkkiz yüz əlli iki manat- 75 qəpik) məbləğdə pul vəsaiti alınsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin "büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************" nömrəli hesabına ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin "büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************" nömrəli hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-47/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-47/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver