Məhkəmə qərarları › İş №e-2(040)-482/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-482/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-482/2025 15.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin 12 iyun 2024cü il tarixli GTKR8236165B157 saylı kredit müqaviləsinə əsasən 14608,90 AZN əsas, 1740,59 AZN faiz, cəmi 16349,49 AZN borcu, 02 avqust 2023-cü il tarixli BRCB2775517B157 saylı müqaviləsinə əsasən 466,99 AZN əsas, 81,76 AZN faiz, cəmi 548,75 AZN, ümumilikdə 16898,24 AZN pul vəsaitinin və 140,69 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 12 iyun 2024-cü il tarixli GTKR8236165B157 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 22,9 faiz dərəcəsi ilə 15000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 02 avqust 2023-cü il tarixli BRCB2775517B157 saylı Kredit müqaviləsinə əsasən onun kartına 58 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 500 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin 17 fevral 2025-ci il tarixə İddiaçı ASC-yə 12 iyun 2024-cü il tarixli GTKR8236165B157 saylı kredit müqaviləsinə əsasən 14608,90 AZN əsas, 1740,59 AZN faiz, cəmi 16349,49 AZN borcu, 02 avqust 2023-cü il tarixli BRCB2775517B157 saylı müqaviləsinə əsasən 466,99 AZN əsas, 81,76 AZN faiz, cəmi 548,75 AZN, ümumilikdə 16898,24 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh ilə elekron qaydada bağlanmış 02 avqust 2023-cü il tarixli BRCB2775517B157 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə (borcalana) 58 ay müddətinə illik 27 faiz dərəcəsi 500 AZN (beş yüz) məbləğində kredit verilməsi, Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh ilə elekron qaydada bağlanmış 12 iyun 2024-cü il tarixli GTKR8236165B157 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə (borcalana) 48 ay müddətinə illik 22,90 faiz dərəcəsi 15000 AZN (on beş min) məbləğində kredit verilməsi, Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 17 fevral 2025-ci il tarixə 02 avqust 2023-cü il tarixli BRCB2775517B157 saylı müqavilə üzrə 466,99 AZN əsas, 81,76 AZN faiz, cəmi 548,75 AZN, 12 iyun 2024-cü il tarixli GTKR8236165B157 saylı kredit müqaviləsinə əsasən 14608,90 AZN əsas, 1740,59 AZN faiz, cəmi 16349,49 AZN, ümumilikdə iki müqavilə üzrə 16898,24 AZN borcu vardır. İş materiallarında olan: 27 yanvar 2025-ci il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə borcalana qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 140,69 AZN (bir yüz qırx manat 69 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 1) 02 avqust 2023-cü il tarixli BRCB2775517B157 saylı kredit müqaviləsinə əsasən 466,99 AZN (dörd yüz altmış altı manat- 99 qəpik) əsas borc, 81,76 AZN (səksən bir manat- 76 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 548,75 AZN (beş yüz qırx səkkiz manat-75 qəpik) kredit borcu, 2) 12 iyun 2024-cü il tarixli GTKR8236165B1 saylı kredit müqaviləsinə əsasən 14608,90 AZN (on dörd min altı yüz səkkiz manat- 90 qəpik) əsas borc, 1740,59 AZN (bir min yeddi yüz qırx manat-59 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 16349,49 AZN (on altı min üç yüz qırx doqquz manat-49 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 16898,24 AZN (on altı min səkkiz yüz doxsan səkkiz manat- 24 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 140,69 AZN (bir yüz qırx manat-69 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 17038,93 AZN (on yeddi min otuz səkkiz manat-93 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1) 02 avqust 2023-cü il tarixli BRCB2775517B157 saylı kredit müqaviləsinə əsasən 466,99 AZN (dörd yüz altmış altı manat- 99 qəpik) əsas borc, 81,76 AZN (səksən bir manat- 76 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 548,75 AZN (beş yüz qırx səkkiz manat-75 qəpik) kredit borcu, 2) 12 iyun 2024-cü il tarixli GTKR8236165B1 saylı kredit müqaviləsinə əsasən 14608,90 AZN (on dörd min altı yüz səkkiz manat- 90 qəpik) əsas borc, 1740,59 AZN (bir min yeddi yüz qırx manat- 59 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 16349,49 AZN (on altı min üç yüz qırx doqquz manat-49 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 16898,24 AZN (on altı min səkkiz yüz doxsan səkkiz manat- 24 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 140,69 AZN (bir yüz qırx manat-69 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 17038,93 AZN (on yeddi min otuz səkkiz manat- 93 qəpik) məbləğdə pul vəsaiti alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar