Məhkəmə qərarları › İş №e-2(040)-498/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-498/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-498/2025 14.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” tələbinə dair mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8 avqust 2024-cü il tarixli, YSLMB-11539 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5834,28 manat, faiz borcu üzrə 579,26 manat olmaqla, cəmi 6413,54 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 85 manat məbləğində pulun tutulması, borcun Cavabdeh məxsus olan girov qoyulmuş - 04 ədəd (ikisi qırıq) sırğa (çəkisi-11,6 qram; əyarı-585), 02 ədəd üzük (çəkisi-6,3 qram; əyarı-585), 03 ədəd kulon (çəkisi-3,3 qram; əyarı-585), 01 ədəd külçə (çəkisi- 10 qram; əyarı-999), 01 ədəd üzük (çəkisi-4,7 qram; əyarı-750), 08 ədəd (ikisi qırıq) sep (çəkisi-18,7 qram; əyarı-585), 05 ədəd qolbaq (çəkisi-31 qram; əyarı-585), 01 ədəd komplekt (çəkisi-5 qram; əyarı-585) qızıl-zinət əşyalarına yönəldilməsi, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 08 avqust 2024-cü il tarixli, YSLMB-11539 saylı kredit müqaviləsi üzrə cəmi 6413,54 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 85 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan 08 avqust 2024-cü il tarixli, YSLMB-11539 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 11 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, cavabdeh tərəfindən borc tamamilə ödənildiyindən və borcu qalmadığından, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair 2(040)- 498/2025 saylı mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar