Məhkəmə qərarları › İş №e-2(040)-50/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-50/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-50/2024 15.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14050 (on dörd min əlli) manat borcun, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir tanıyır. Belə ki, Cavabdeh iddiaçının yaşadığı ünvanın həyətində ət dükanı işlədir və iddiaçı cavabdehə məxsus həmin dükandan ət və ət məhsulları almışdır. 2021-ci ilin mart ayında dükandan alış-veriş edərkən Cavabdeh oğlu iddiaçıya birgə iş görməyi – yəni heyvan alqı-satqısı ilə məşğul olub qazanc verəcəyini vəd edərək, bu işlə bağlı ona maddi köməklik göstərilməsini istəmişdir. İddiaçı Cavabdehla razılaşaraq 25 mart 2021-ci il tarixdə Cavabdeh 10000 (on min) manat pul vermişdir. Bundan sonra Cavabdeh iddiaçıya həftənin ikinci (çərşənbə axşamı-hakimin qeydi) və beşinci (cümə-hakimin qeydi) günləri 100 (bir yüz) manat qazanc vermişdir. Bundan iki ay sonra - yəni 12 may 2021-ci il tarixdə Cavabdeh yenidən İddiaçı 6000 (altı min) manat birgə şərikli işləri üçün pul istəmiş, iddiaçı da həmin məbləğdə pulu Cavabdeh vermişdir. Cavabdeh, dediyi kimi, hər həftəninin ikinci və beşinci günləri iddiaçıya 100 (bir yüz) manat qazanc vermişdir. Təxminən yeddi-səkkiz aydan sonra Cavabdeh yenidən həmin iş üçün İddiaçı qısa müddətə 6000 (altı min) manat pul istəmişdir. Cavabdeh sonuncu aldığı 6000 (altı min) manat pulu qısa müddətə İddiaçı qaytarmış, bundan sonra İddiaçı Cavabdeh ümumilikdə verdiyi 16000 (on altı min) manat pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. İddiaçı Cavabdeh ümumilikdə cavabdehə verdiyi 16000 (on altı min) manat pulu qaytarmasını tələb etmiş, Cavabdeh 16000 (on altı min) manat puldan cəmi 1950 (bir min doqquz yüz əlli) manat pulu geri qaytarmışdır. Cavabdeh hazırda İddiaçı ümumilikdə 14050 (on dörd min əlli) manat borcu qalmışdır. Cavabdeh borcun qaytarılması ilə bağlı dəfələrlə şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan 14050 (on dörd min əlli) manat borcunu qaytarmamışdır. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə ərizə yazaraq 25 mart 2021-ci il tarixdə tanıdığı Cavabdeh ümumilikdə aldığı 16000 (on altı min) manat pulun qaytarılması barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmiş, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən təhqiqat aparılmış, 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən, toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və vətəndaş İddiaçı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 15 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Cavabdeh 14050 (on dörd min əlli) manat borcu, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) manat faiz borcu, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının, cəmi 17962,81 manat (on yeddi min doqquz yüz altmış iki manat 81 qəpik) pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 15 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, iş üzrə əlavə vəsatətinin olmadığını, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirak etdiyi 19 dekabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh iddiaçıdan borc aldığı 16000 (on altı min) manat puldan cəmi 1950 (bir min doqquz yüz əlli) manat pulu geri qaytarmışdır. Cavabdeh hazırda İddiaçı ümumilikdə 14050 (on dörd min əlli) manat borcu qalmışdır. Caavbdeh borcu qytarmadığından, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə ərizə yazaraq Cavabdeh ümumilikdə aldığı 16000 (on altı min) manat pulun qaytarılması barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən təhqiqat aparılmış, 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, iddiaçıya mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan həmçinin görünür ki, Cavabdeh polis bğlməsində vediyi izahatında iddiaçıya 14050 (on dörd min əlli) manat borcunun qaldığını etiraf etmişdir. Bundan başqa, cavabdeh aldığı pulu vaxtında qaytarmadığına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 manat (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) faiz borcunu da qaytarmalıdır. Ona görə də Cavabdeh 14050 (on dörd min əlli) manat əsəs borcu, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) manat faiz borcu, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının, cəmi 17962,81 manat (on yeddi min doqquz yüz altmış iki manat 81 qəpik) pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən qəbul edilmiş, 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Cavabdeh polis bölməsində verdiyi izahatında heyvan alqısatqısı ilə məşğul olmaq və ondan qazanc əldə etmək məqsədilə İddiaçı 16000 (on altı min) manat pul aldığını, aldığı puldan Nahidəyə 1950 (min doqquz yüz əlli) manat qaytardığını və 14050 (on dörd min əlli) manat borcu qaldığını etiraf etmişdir. Tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (həmin qərar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3 və 82.4-cü maddəsində nəzərdə tutulmuş qaydada preyudisiallıq yaratmadığından və digər sübutlarla əhatələnmədiyindən, məhkəmə həmin qərarı iddianın təmin edilməsinə əsas verən mötəbər sübut kimi qəbul etmir-hakimin qeydi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında şifahi borc müqaviləsinin yarandığının iddia edildiyi vaxt (2021-ci il) qüvvədə olan mətninin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehə 16000 (on altı min) manat pul verdiyini, cavabdeh tərəfindən həmin puldan 1950 (min doqquz yüz əlli) manatın qaytarıldığını və 14050 (on dörd min əlli) manat borcun isə qaytarılmadığını bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Əsas borcun tələbi əsaslı olmadığından, əsas borcla bağlı digər tələblər də hazırki halda əsaslı hesab edilə bilməz. Ona görə də İddiaçı Cavabdeh 14050 (on dörd min əlli) manat borc, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) manat faiz borcu, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının, cəmi 17962,81 manat (on yeddi min doqquz yüz altmış iki manat 81 qəpik) pul vəsaitinin tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “14050 (on dörd min əlli) manat əsas borc, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) manat faiz borcu, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı, cəmi 17962,81 manat (on yeddi min doqquz yüz altmış iki manat 81 qəpik) pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar