Məhkəmə qərarları › İş №e-2(040)-501/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-501/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-501/2024 30.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 14 dekabr 2021ci il tarixli, BRML4531826A103 saylı kredit müqaviləsinə əsasən 287,35 manat əsas, 46,19 manat faiz, cəmi 333,54 manat məbləğində borcun, 14 dekabr 2021-ci il tarixli, GTKR4531827A103 saylı kredit müqaviləsinə əsasən 4551,53 manat əsas, 483,72 manat faiz olmaqla cəmi 5035,25 manat borcun və ödənilmiş 73,69 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli BRML4531826A103 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli, GTKR4531827A103 saylı Kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz dərəcəsi ilə 9700 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtinə əsasən, Borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və Banka olan borcunu tam qaytarmamışdır. Nəticədə Cavabdeh 04 mart 2024-cü il tarixə İddiaçı ASC-yə 14 dekabr 2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 287,35 manat əsas, 46,19 manat faiz, cəmi 333,54 manat, 14 dekabr 2021-ci il tarixli ikinci kredit müqaviləsinə əsasən 4551,53 manat əsas, 483,72 manat faiz olmaqla cəmi 5035,25 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 14 dekabr 2021-ci il tarixli BRML4531826A103 saylı Kredit xətti müqaviləsindən görünür ki, Bank müştəriyə Birkart Miles ödəniş kartı verir, həmin Kartla bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadasilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Müqavilənin şərtlərinə əsasən, cavabdehə 25 faiz dərəcəsi ilə ilkin olaraq 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli, GTKR4531827A103 saylı kredit müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 9700 manat məbləğində kredit verilmişdir. Borcalan isə hər iki müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 04 mart 2024-cü il tarixə 14 dekabr 2021-ci il tarixli, GTKR4531827A103 saylı Kredit müqaviləsinə əsasən 4551,53 manat əsas, 483,72 manat faiz olmaqla cəmi 5035,25 manat, 14 dekabr 2021-ci il tarixli, BRML4531826A103 saylı kredit müqaviləsinə əsasən 287,35 manat əsas, 46,19 manat faiz, cəmi 333,54 manat borcu vardır. İş materiallarında olan: 14 dekabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 9700 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: 22 fevral 2024-cü il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqavilələri əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 73,69 manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməli, Cavabdeh 14 dekabr 2021-ci il tarixli BRML4531826A103 saylı kredit xətti müqaviləsi üzrə 287,35 manat (iki yüz səksən yeddi manat 35 qəpik) əsas, 46,19 manat (qırx altı manat 19 qəpik) faiz olmaqla, cəmi 333,54 manat (üç yüz otuz üç manat 54 qəpik), 14 dekabr 2021-ci il tarixli, GTKR4531827A103 saylı Kredit müqaviləsi üzrə 4551,53 manat (dörd min beş yüz əlli bir manat 53 qəpik) əsas, 483,72 manat (dörd yüz səksən üç manat 72 qəpik) faiz olmaqla cəmi 5035,25 manat (beş min otuz beş manat 25 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 73,69 manat (yetmiş üç manat 69 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14 dekabr 2021-ci il tarixli BRML4531826A103 saylı kredit xətti müqaviləsi üzrə 287,35 manat (iki yüz səksən yeddi manat 35 qəpik) əsas, 46,19 manat (qırx altı manat 19 qəpik) faiz olmaqla, cəmi 333,54 manat (üç yüz otuz üç manat 54 qəpik), 14 dekabr 2021-ci il tarixli, GTKR4531827A103 saylı kredit müqaviləsi üzrə 4551,53 manat (dörd min beş yüz əlli bir manat 53 qəpik) əsas, 483,72 manat (dörd yüz səksən üç manat 72 qəpik) faiz olmaqla cəmi 5035,25 manat (beş min otuz beş manat 25 qəpik) kredit borcu və ödənilmiş 73,69 manat (yetmiş üç manat 69 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar