Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-526/2025 13.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı QSC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 12179,16 AZN (on iki min yüz yetmiş doqquz manat- 16 qəpik) məbləğində əsas bоrc, 1263,24 AZN (bir min iki yüz altmış üç manat- 24 qəpik) məbləğində faiz bоrcu və 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 13698,16 AZN (on üç min altı yüz doxsan səkkiz manat- 16 qəpik) məbləğində kredit bоrcunun və tərəflərindən ödənilmiş 131,09 AZN (bir yüz qırx iki manat-79 qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC-yə 28 mart 2023-cü il tarixdə təqdim etdiyi 025A********** saylı ərizəyə (bankın ümumi ofertasının tərəflər arasında qarşılıqlı razılaşdırılmasını əks etdirən ərizə-anket nəzərdə tutulur- hakimin qeydi) əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,6667 faiz оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15200 AZN (on beş min iki yüz manat) məbləğində kredit götürmüşdür. Cavabdeh 29 may 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan yalnız 3020,84 AZN (üç min iyirmi manat-84 qəpik) ödəniş etmiş və iddiaçıya 12179,16 AZN (on iki min yüz yetmiş doqquz manat- 16 qəpik) məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən, faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh əsas və faiz borcunu Kreditora qaytarmadığına görə 18 dekabr 2024-cü il tarixə 203 gün üçün hesablanmış faiz borcu 1263,24 AZN (bir min iki yüz altmış üç manat-24 qəpik) təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 18 dekabr 2024-cü il tarixə 203 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən, Bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdeh2 07 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək vəsatəti üzrə işin məhkəmə mühasibatlıq ekspertizasına göndərilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(040)-526/2025 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə məhkəmə icraatının dayandırılması qərara alınmış, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra Kəlbəcər Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli e-2(040)-526/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş üzrə təkrar məhkəmə hazırlıq iclası 08 iyul 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 13 avqust 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 09 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Kreditverən İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi və müştəri Cavabdeh2 tərəfindən razılaşdırılmaqla kağız daşıyıcıda imzalanmış 28 mart 2023-cü il tarixli “Ərizə”dən (bankın ümumi ofertasının tərəflər arasında qarşılıqlı razılaşdırılmasını əks etdirən ərizə-anketdir, mahiyyətcə ikitərəfli əqddir-hakimin qeydi) görünür ki, Cavabdeh2 İddiaçı QSC-dən 28 mart 2023-cü il tarixdə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 15200 manat kredit götürmək üçün müraciət etmiş və həmin şərtlərlə (həmçinin kreditin maksimum faiz dərəcəsi: 28 faiz, maksimum FİFD: 35,30 faiz olmaqla) kreditin verilməsi qarşılıqlı razılaşdırılmışdır. Həmin “Ərizə”də müştərinin adından o da bəyan edilir ki, “başa düşürəm və qəbul edirəm ki, kreditin məbləği, kreditin faiz dərəcəsi, FİFD və kredit müddəti hər bir halda Bankın telefonuma göndərdiyi SMS və ya “MyAccess” vasitəsilə təqdim etdiyi məlumatla müəyyən olunacaqdır”. İş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2023-cü il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsi iləndən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: İddiaçı QSC tərəfindən tərtib olunaraq kağız daşıyıcıda çap olunmuş, müştəri Cavabdeh2 ilə bağlı 28 mart 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək olan dövr üzrə məlumatları əks etdirən “Hesabdan çıxarış”dan görünür ki, həmin cari hesab üzrə 28 mart 2023-cü il tarixdən başlanmaqla və son əməliyyatın tarixi 28 iyun 2024-cü il tarixdə olmaqla müxtəlif vaxtlarda maliyyə əməliyyatları aparılmışdır. İş materiallarında olan: İddiaçı QSC tərəfindən tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 28 mart 2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 18 dekabr 2024-cü il tarixinə borcu 12179,16 manat əsas, 1263,24 manat faiz və 255,76 manat məbləğində cərimə olmaqla cəmi 13698,16 manat təşkil edir. İş materiallarında olan: İddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş (poçt qəbzi var) 18 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclarının olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: 23 may 2025-ci il tarixli 9/2647 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 28 mart 2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 18 dekabr 2024-cü il tarixə olan əsas borcu 12133,40 AZN və faiz borcu 1145,96 AZN müəyyən olunmuşdur. İş materiallarında olan: “Ekspert xərclərinə dair bildiriş”dən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 AZN (bir yüz əlli manat) təşkil edir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra: Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən-12133,40 AZN (on iki min bir yüz otuz üç manat-40 qəpik) əsas, 1145,96 AZN (bir min bir yüz qırx beş manat-96 qəpik) faiz, 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) cərimə borcu olmaqla, cəmi 13535,12 AZN (on üç min beş yüz otuz beş manat-12 qəpik) kredit borcu, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 131,09 AZN (bir yüz qırx iki manat-79 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh2 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdeh Fəhradov Rövşən Nadir oğlundan kredit müqaviləsi üzrə yaranmış cəmi 13535,12 AZN (on üç min beş yüz otuz beş manat-12 qəpik) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 131,09 AZN (bir yüz otuz bir manat-09 qəpik) dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 28 mart 2023-cü il tarixli kredit müqaviləsı üzrə 12133,40 AZN (on iki min bir yüz otuz üç manat-40 qəpik) əsas, 1145,96 AZN (bir min bir yüz qırx beş manat-96 qəpik) faiz, 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) cərimə borcu olmaqla, cəmi 13535,12 AZN (on üç min beş yüz otuz beş manat-12 qəpik) kredit borcu, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 131,09 AZN (bir yüz otuz bir manat-09 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə- 45,76 AZN (qırx beş manat-76 qəpik) əsas borc və 117,28 AZN (bir yüz on yeddi manat-28 qəpik) faiz borcu tələbinə dair hissədə əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Həmçinin, 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 75 (yetmiş beş) manat və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 75 (yetmiş beş) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına- “büdcə təsnifatının kodu: 142595; büdcə səviyyəsinin kodu- 3; SAP (XİİS) hesabı; adı- X1; kodu-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi; VÖEN- **********; hesab- Z34CTRE********************” ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada 12133,40 AZN (on iki min bir yüz otuz üç manat-40 qəpik) əsas borc, 1145,96 AZN (bir min bir yüz qırx beş manat-96 qəpik) faiz borcu və 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) cərimə, cəmi 13535,12 AZN (on üç min beş yüz otuz beş manat-12 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 131,09 AZN (bir yüz otuz bir manat-09 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 13666,21 AZN (on üç min altı yüz altmış altı manat-21 qəpik) məbləğdə pul vəsaiti tutulsun. 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 75 (yetmiş beş) manat və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 75 (yetmiş beş) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına- “büdcə təsnifatının kodu: 142595; büdcə səviyyəsinin kodu- 3; SAP (XİİS) hesabı; adı- X1; kodu-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi; VÖEN- **********; hesab- Z34CTRE********************” ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-526/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-526/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver