Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-560/2025 16.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul vəsaitinin tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 AZN (üç min manat) məbləğində sığorta ödənişinin əvəzinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 AZN (əlli manat) dövlət rüsumunun əvəzinin, cəmi 3050 AZN (üç min əlli manat) pul vəsaitinin alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X2 arasında 18 noyabr 2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Prius” markalı **-OX- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 25 avqust 2021-ci il tarixdə “Toyota Prius” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Kia Cerato” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 3000 AZN (üç min manat) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən (bundan sonra- Gəncə şəhəri DYPŞ) ünvanlarına inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilinmiş və qərarda Cavabdeh hadisə yerindən yayındığı və avtomobili sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsi tərəfindən "xxxx" ASC-yə təqdim olunmuş 27 fevral 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 14 aprel 1988-ci il doğumlu Cavabdeh sürücülük vəsiqəsi verilməmişdir. Gəncə şəhəri DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən, Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 3000 AZN (üç min manat) sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına 28 iyul 2023-cü il tarixli AS-23/866 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək "xxxx" ASC-yə qaytarılmamışdır. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 11 iyun 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 16 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 10 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli 011942 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC X3 hesabına 3000 AZN (üç min manat) məbləğində pul vəsaiti köçürmüşdür. İş materiallarında olan: Gəncə şəhəri DYPŞ-nin polis əməkdaşı tərəfindən tərtib edilmiş 02 dekabr 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Namazov X5 Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirimişdir. İş materiallarında olan: Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin XP ******* nömrəli “İnzibati xəta haqında iş üzrə icraata xitam verilməsi haqqında” qərarından (həmin qərarın mətnində qərarın tarixi yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixlə eyni- “xx.xx.2021-ci il” göstərilsə də, məhkəmə araşdırması zamanı DİN-in elektron informasiya sistemindən əldə olunmuş məlumatla müəyyən edilmişdir ki, həmin qərar əslində 10 aprel 2023-cü il tarixdə qəbul edilmişdir) görünür ki, Cavabdeh 25 avqust 2021-ci il tarixdə Gəncə şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin inzibati xəta haqqında işə baxılarkən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hal (İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması) aşkar olunduğundan, Cavabdeh barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol ləğv olunmaqla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan: Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin 27 fevral 2025-ci il tarixli 3-13-16/2-40521/2025 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin qeydiyyat-imtahan idarəsinin komputer uçot bazasının məlumatlarına əsasən 14 aprel 1988-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan: Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi X4 tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş 19 oktyabr 2021-ci il tarixli 0451 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan görünür ki, 25 avqust 2021-ci il tarixdə 19:13 radələrində Cavabdeh sürücülük hüququ olmadan ayıq vəziyyətdə idarə etdiyi “Toyota Prius” markalı **-OX-*** dövlət qeydiyyat nşanlı avtomobillə X6 məxsus “Kia Cerato” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan vuraraq X6 4847 AZN (dörd min səkkiz yüz qırx yeddi manat) məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi tərədib hadisə yerindən yayınmışdır. İş materiallarında olan: 26 avqust 2021-ci il tarixli 1174/2021 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Cavabdeh alkoqol sərxoşluğu vəziyyəti yoxdur, ayıqdır. İş materiallarında olan: AD № 898759 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışı olan, gümüşü metallik rəngli, xetçbek tipli, **-OX-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilinin sahibi X1r. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 16 dekabr 2021-ci il tarixli “Sığorta aktı”ndan görünür ki, sığortaçı "xxxx" ASC X6 məxsus “Kia Cerato” markalı **-ST- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC-nin vasitəsilə X3 hesabına 3000 AZN (üç min manat) ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius” markalı **-OX- *** dövlət qeydiyyat nişanlı avtomobil 25 avqust 2021-ci il tarixdə Gəncə şəhəri ərazisində “Kia Cerato” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş; baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücü (cavabdeh) Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi) və 332.4-cü (nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan sürücü tərəfindən zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddələri ilə təqsirləndirilməsi ilə bağlı 02 dekabr 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin 10 aprel 2023-cü il tarixdə qəbul edilmiş XP ******* nömrəli qərarı ilə Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən (İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması) xitam verilməsi qərara alınmışdır; baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən zərərçəkmişə 3000 AZN (üç min manat) sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Toyota Prius” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Cerato” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İddiaçı zərərçəkənə dəymiş 3000 AZN (üç min manat) məbləğində zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə də Cavabdeh subroqasiya qaydasında 3000 AZN (üç min manat) məbləğdə pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyinə görə, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 AZN (əlli manat) dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 3000 AZN (üç min manat), həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 AZN (əlli manat) dövlət rüsumunun pul əvəzi, cəmi 3050 AZN (üç min əlli manat) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-560/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-560/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver