Məhkəmə qərarları › İş №e-2(040)-562/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-562/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-562/2025 22.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10147,32 AZN əsas, 730,17 AZN faiz, 70,26 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10947,75 AZN borcun 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 122,87 AZN dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta”sı əsasında cavabdehə istehlak məqsədləri üçün 05 sentyabr 2022-ci il tarixində 18 fevral 2027-ci il tarixinə kimi illik 18 faiz ödəmək şərtilə 11000 AZN məbləğində kredit xətti açılmışdır. Cavabdeh 05 sentyabr 2022-ci il tarixdə ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Ofertaya əsasən, borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında Ümumi Ofertaya əsasən bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" KB ASC-yə 13 fevral 2025-ci il tarixə 10147,32 AZN əsas, 730,17 AZN faiz, 70,26 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10947,75 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 16 aprel 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 22 may 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 22 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: cavabdeh tərəfindən ərizə-anket imzalamaqla təsdiq edilmiş və 28 dekabr 2021-ci tarixli ümumi oferta çərçivəsində bağlanılmış 05 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 18 fevral 2027-ci ilə kimi, illik 18 faiz dərəcəsi ilə 11000 AZN məbləğində kredit verməyi, Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 sentyabr 2022-ci il tarixli 3376nkGNDJb/24 nömrəli kredit müqaviləsi üzrə 10147,32 AZN əsas, 730,17 AZN faiz, 70,26 AZN cərimə borcu olmaqla, cəmi 10947,75 AZN borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 19 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun üç iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -739.1-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; müstəqil peşə fəaliyyəti şəklində pul borc verməlkə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında krditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.2-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və məbləğindən asılı olmayaraq müavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviəsi yazılı formada bağlanmalıdır. -741-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlərlə verilməsini şərtləşdirərlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başaçatanadək aytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxta ödənilməlidir. -743-cü maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, əgər borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 122,87 AZN dövlət rüsumunun və 0,40 AZN bank xidmət haqqının pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10147,32 AZN (on min bir yüz qırx yeddi manat-32 qəpik) əsas borc, 730,17 AZN (yeddi yüz otuz manat- 17 qəpik) faiz borcu və 70,26 AZN (yetmiş manat-26 qəpik) cərimə olmaqla, cəmi 10947,75 AZN (on min doqquz yüz qırx yeddi manat-75 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 122,87 AZN (yüz iyirmi iki manat-87 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının pul əvəzi, ümumilikdə 11071,02 AZN (on bir min yetmiş bir manat-02 qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10147,32 AZN (on min bir yüz qırx yeddi manat-32 qəpik) əsas borc, 730,17 AZN (yeddi yüz otuz manat-17 qəpik) faiz borcu və 70,26 AZN (yetmiş manat-26 qəpik) cərimə olmaqla, cəmi 10947,75 AZN (on min doqquz yüz qırx yeddi manat-75 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 122,87 AZN (yüz iyirmi iki manat-87 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının pul əvəzi, ümumilikdə 11071,02 AZN (on bir min yetmiş bir manat-02 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar