Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-563/2024 27.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli QK-00025-01/122A saylı kredit müqaviləsindən irəli gələn 20 dekabr 2023-cü il tarixə ödənilməmiş 824,02 manat (səkkiz yüz iyirmi dörd manat 02 qəpik) əsas borc, 37,18 manat (otuz yeddi manat 18 qəpik) faiz borcu və 18,5 manat (on səkkiz manat 50 qəpik) dəbbə pulu, ümumilikdə 879,70 manat (səkkiz yüz yetmiş doqquz manat 70 qəpik) məbləğində borcun, iddia qaldırılması üçün 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli QKG-00025-01/122A saylı girov müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh 1 ədəd 583 əyyar 14,65 qram qolbaq, 1 ədəd 880 əyyar 5 qram qəpik, 1 ədəd 583 əyyar 5,32 qram sırğa, 1 ədəd 583 əyyar 4,3 qram olan üzüyə tutmanın yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, girov ilə təmin edilmiş kredit borcunun həmin girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli e-2(125)-2144/2024 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsi tərəfindən iş icraata qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 27 iyun 2024-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 22 iyul 2024-cü il tarixə təxirə salınmış, məhkəmə baxış iclası 27 avqust 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 29 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, ödənilmiş dövlət rüsumu ilə birlikdə ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınmalı, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmadan iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-563/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-563/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver