Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-665/2025 23.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1) **********0964 saylı kredit müqaviləsi üzrə 1058,78 AZN (bir min əlli səkkiz manat-78 qəpik) əsas borc və 21,34 AZN (iyirmi bir manat-34 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə cəmi 1080,12 AZN (bir min səksən manat-12 qəpik) kredit borcu, 2) **********0977 saylı kredit müqaviləsi üzrə 1202,03 AZN (bir min iki yüz iki manat-03 qəpik) əsas borc və 24,16 AZN (iyirmi dörd manat-16 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə cəmi 1226,19 (bir min iki yüz iyirmi altı manat-19 qəpik) kredit borcu, həmçinin ödənilmiş 43,07 AZN (qırx üç manat-07 qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2019-cu il tarixli **********0964 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin (Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq bağlanmış) 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1067 AZN (bir min altmış yeddi manat), həmçinin eyni tarixli, **********0977 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1208.7 AZN (bir min iki yüz səkkiz manat-70 qəpik), qalıq məbləği illik 01% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0964 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,92 AZN (92 qəpik), dörd il müddətində isə hər ay 22,69 AZN (iyirmi iki manat-69 qəpik) olmaqla və **********0977 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1,04 AZN (bir manat 04 qəpik), dörd il müddətində isə hər ay 25,71 AZN (iyirmi beş manat-71 qəpik) bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilən imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 12 mart 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh **********0977 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1202,03 AZN (bir min iki yüz iki manat-03qəpik) əsas, faiz borcu üzrə 24,16 AZN (iyirmi dörd manat-16 qəpik), cərimə borcuna görə 0 AZN (sıfır manat) olmaqla cəmi 1226,19 AZN (bir min iki yüz iyirmi altı manat-19 qəpik), **********0964 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1058,78 AZN (bir min əlli səkkiz manat-78 qəpik) əsas, faiz borcu üzrə 21,34 AZN (iyirmi bir manat-34 qəpik), cərimə borcuna görə 0 AZN (sıfır manat) olmaqla cəmi 1080,12 (bir min səksən manat,-12 qəpik) AZN təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı ilə borclu Cavabdeh arasında bağlanmış 02 iyul 2019-cu il tarixli **********0977 saylı güzəştli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Kredit verən Kredit alana 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 1208,70 AZN (bir min iki yüz səkkiz manat-70 qəpik) məbləğində güzəştli kredit verilməsini öhdəsinə götürür; Kredit alan isə ona verilmiş krediti, həmçinin kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı ilə borclu Cavabdeh arasında bağlanmış 02 iyul 2019-cu il tarixli **********0964 saylı güzəştli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Kredit verən Kredit alana 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 1067 AZN (bir min altmış yeddi manat) məbləğində güzəştli kredit verilməsini öhdəsinə götürür; Kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən tərtib olunmuş 12 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Finca- Azerbaijan” X1-bank Kredit Təşkilatına 02 iyul 2019-cu il tarixli **********0977 saylı kredit müqaviləsinə əsasən, 1202,03 AZN əsas, 24,16 AZN faiz, cəmi 1226,19 AZN kredit borcu vardır. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən tərtib olunmuş 12 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Finca- Azerbaijan” X1-bank Kredit Təşkilatına 02 iyul 2019-cu il tarixli **********0964 saylı kredit müqaviləsinə əsasən, 1058,78 AZN əsas, 21,34 AZN faiz, cəmi 1080,12 AZN kredit borcu vardır. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən borcalana göndərilmiş 05 mart 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 02 iyul 2019-cu il tarixli **********0977 saylı müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində tədbir görüləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən borcalana göndərilmiş 05 mart 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 02 iyul 2019-cu il tarixli **********0964 saylı müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində tədbir görüləcəyi barədə məlumat verilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə, borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, Cavabdeh kredit müqavilələri əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,07 manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 1) 02 iyul 2019-cu il tarixli **********0964 saylı kredit müqaviləsi üzrə 1058,78 AZN (bir min əlli səkkiz manat-78 qəpik) əsas borc və 21,34 AZN (iyirmi bir manat-34 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1080,12 AZN (bir min səksən manat-12 qəpik) kredit borcu, 2) 02 iyul 2019-cu il tarixli **********0977 saylı kredit müqaviləsi üzrə 1202,03 AZN (bir min iki yüz iki manat- 03qəpik) əsas borc və 24,16 AZN (iyirmi dörd manat-16 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1226,19 AZN (bir min iki yüz iyirmi altı manat-19 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 2306,31 AZN (iki min üç yüz altı manat-31 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 43,07 AZN (qırx üç manat-07 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2349,38 AZN (iki min üç yüz qırx doqquz manat-38 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı “Finca-Azerbaijan” X1bank Kredit Təşkilatınin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının xeyrinə: 1) 02 iyul 2019-cu il tarixli **********0964 saylı kredit müqaviləsi üzrə 1058,78 AZN (bir min əlli səkkiz manat-78 qəpik) əsas borc və 21,34 AZN (iyirmi bir manat-34 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1080,12 AZN (bir min səksən manat-12 qəpik) kredit borcu, 2) 02 iyul 2019-cu il tarixli **********0977 saylı kredit müqaviləsi üzrə 1202,03 AZN (bir min iki yüz iki manat-03qəpik) əsas borc və 24,16 AZN (iyirmi dörd manat-16 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1226,19 AZN (bir min iki yüz iyirmi altı manat-19 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 2306,31 AZN (iki min üç yüz altı manat-31 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 43,07 AZN (qırx üç manat-07 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2349,38 AZN (iki min üç yüz qırx doqquz manat-38 qəpik) məbləğdə pul vəsaiti iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-665/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-665/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver