Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-674/2025 02.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənetdim: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2790 (iki min yeddi yüz doxsan) manat əsas məbləğ və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun iddiaçı Citymap MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Citymap MMC ilə Cavabdeh arasında 14 noyabr 2024-cü il tarixli, TX421141-002 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi imzalanmışdır. Müqavilənin təminatı kimi BYD Destroyer 05 PLUG-İN HİBRİD minik markalı, **-PK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 60 (altmış) manat ödəmək şərtiylə 14 noyabr 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək icarəyə verilmişdir. Bildiririk ki, cavabdeh- Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 15 noyabr 2024-cü il tarixində qəza törədilmiş və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Qeyd edirik ki, baş vermiş qəzada cavabdeh- Cavabdeh təqsirli bilinmiş və barəsində İXM-nin 327.1 (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati tənbeh növü tətbiq edilmişdir. Mütəxəssizlər tərəfindən dəymiş zərər 2580 (iki min beş yüz səksən) manat məbləğində qiymətləndirilmişdir. Əlavə olaraq, aramızda bağlanılmış icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən, nəqliyyat qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı nəqliyyat vasitəsinin günlük icarə haqqının 70% dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Nəqliyyat vasitəsi 15 noyabr 2024-cü il tarixdən 19 noyabr 2024-cü il tarixədək təmir mərkəzində olmuş və cavabdehin müqavilənin 3.9-cu bəndinə əsasən 210 (iki yüz on) manat (42x5=210) borcu yaranmışdır. Beləliklə, Cavabdeh tərəfindən bizə ümumilikdə 2790 (iki min yeddi doxsan) manat pul vəsaiti ödənilməlidir. Yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət edilsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış borcun ödənilməsinin təmin edilməsi üçün heç bir səy göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli, TX421141-002 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, cavabdehə BYD Destroyer 05 PLUG-İN HİBRİD minik markalı, **-PK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 60 (altmış) manat ödəmək şərtiylə 14 noyabr 2024cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək icarəyə verilmişdir. İş materiallarında olan: "xxxx" MMC-nin Yeni Yasamal filialı (VÖEN: **********) müəssisəsinin direktoru Raqib Məmmədov tərəfindən tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “BYD Destroyer 05 PLUG-İN HİBRİD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2580 (iki min beş yüz səksən) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan: Fərdi sahibkar (VÖEN: **********) X1 tərəfindən verilmiş aktdan görünür ki, İddiaçı MMC-nin istifadəsində olan “BYD Destroyer 05 PLUG-İN HİBRİD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 noyabr 2024-cü il tarixdən 19 noyabr 2024-cü il tarixədək təmirxanada olmuşdur. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 28 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -676.0-cı və 676.0.1-ci maddələrindən görünür ki, bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına görə məsuliyyət daşıyır. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsindən görünür ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, Citymap MMC ilə Cavabdeh arasında 14 noyabr 2024-cü il tarixli, TX421141-002 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi imzalanmışdır. Müqavilənin təminatı kimi BYD Destroyer 05 PLUG-İN HİBRİD minik markalı, **-PK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 60 (altmış) manat ödəmək şərtiylə 14 noyabr 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 15 noyabr 2024-cü il tarixində qəza törədilmiş və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Qeyd edilir ki, baş vermiş qəzada Cavabdeh təqsirli bilinmiş və barəsində İXM-nin 327.1 (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati tənbeh növü tətbiq edilmişdir. Mütəxəssislər tərəfindən dəymiş zərər 2580 (iki min beş yüz səksən) manat məbləğində qiymətləndirilmişdir. Əlavə olaraq, aramızda bağlanılmış icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən, nəqliyyat qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı nəqliyyat vasitəsinin günlük icarə haqqının 70% dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Nəqliyyat vasitəsi 15 noyabr 2024-cü il tarixdən 19 noyabr 2024-cü il tarixədək təmir mərkəzində olmuş və cavabdehin müqavilənin 3.9-cu bəndinə əsasən 210 (iki yüz on) manat (42x5=210) borcu yaranmışdır. Odur ki, Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2790 (iki min yeddi yüz doxsan) manat pul vəsaiti ödənilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48 manat (qırx səkkiz) dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia tələbi təmin edilsin. Cavabdeh 2790 (iki min yeddi yüz doxsan) manat məbləğində pul və və ödənilmiş 48 manat (qırx səkkiz) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2838 manat (iki min səkkiz yüz otuz səkkiz) tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-674/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-674/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver