Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-677/2025 12.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsi üzrə 3434 AZN (üç min dörd yüz otuz dörd manat) əsəs borc, 546,79 AZN (beş yüz qırx altı manat-79 qəpik) faiz borcu və cərimə borcuna görə 0 AZN (sıfır manat) olmaqla, borcun cəmi məbləği 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) məbləğində pulun və 60 AZN (altmış manat) məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələblərin 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 (bir) ədəd çəkisi 40,9 qram olan 583 əyarlı qızıl “yolka” boyunbağıya yönəldilməsinə, həmin qızıl-zinət əşyasını açıq hərracdan sataraq əldə edilmiş vəsait 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsi üzrə 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) məbləğində pulun və 60 AZN (altmış manat) məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli GNLMB16608 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 34 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 3434 AZN (üç min dörd yüz otuz dörd manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı saxlanc girov müqaviləsi bağlanaraq 1 (bir) ədəd çəkisi 40,9 qram olan 583 əyarlı qızıl “yolka” boyunbağı girov qoyulmuşdur. 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəli əsasında, hər ayın 22dən gec olmayaraq ayda 153,40 AZN (bir yüz əlli üç manat-40 qəpik) ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 faiz həcmində dəbbə pulu hesablanır. 11 aprel 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 3434 AZN (üç min dörd yüz otuz dörd manat), faiz borcuna görə 546,79 AZN (beş yüz qırx altı manat-79 qəpik), cərimə borcuna görə 0 AZN (sıfır manat) olmaqla, borcun cəmi məbləği 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) təşkil edir. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə əsas borca görə 3434 AZN (üç min dörd yüz otuz dörd manat), faiz borcuna görə 546,79 AZN (beş yüz qırx altı manat-79 qəpik), cərimə borcuna görə 0 AZN (sıfır manat) olmaqla, borcun cəmiməbləği 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) pul tutulmalıdır və tələblər girov predmetinə yönəldilməlidir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli e-2(040)-677/2025 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC-nin Gəncə filialı ilə müştəri (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli “GNLMB-16608” nömrəli “Fiziki şəxlərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə qızıl-zinət əşyalarının girovu ilə kreditin götürülməsinə dair əsas şərtlər-razılaşma” və həmin razılaşmaya əlavə olan “Ödəniş cədvəli”ndən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 34 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 3434 AZN (üç min dörd yüz otuz dörd manat) məbləğində kredit verilməsi və kreditin verilməsi üçün Cavabdeh tərəfindən 5090,41 AZN dəyərində girovun qoyulması tərəflər arasında qarşılıqlı razılaşdırılmışdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli “GNLMB-16608” nömrəli “Saxlanc girovu haqqında müqavilə”dən görünür ki, girov saxlayanın (iddiaçının) vəzifələri saxlanc girovunun predmetinin qorunmasını təmin etmək, girov qoyan (cavabdeh) və ya üçüncü şəxs saxlanc girovu ilə təmin olunmuş öhdəliyi tam icra etdikdən sonra saxlanc predmetini girov qoyana qaytarmaqdır; girov qoyanın girov predmetini girov saxlayanın iştirakı ilə öz hesabına qiymətləndirmək, girov qoyan tərəfindən qoyulmuş qızıl-zinət əşyaları ilə bağlı üçüncü şəxslərin, habelə dövlət və digər orqanların tələbləri üzrə bütünlüklə məsuliyyət daşımaq və sair vəzifələri vardır. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 oktyabr 2024-cü il tarixli “GNLMB-16608” saylı kredit müqaviləsi üzrə 3434 AZN əsas, 546,79 AZN faiz, 0 AZN cərimə olmaqla, cəmi 3980,79 AZN borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı ASC tərəfindən tərtib edilmiş 22 oktyabr 2024-cü il tarixli “GNLMB-16608” nömrəli “Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktdan görünür ki, 1 (bir) ədəd çəkisi 40,9 qram olan 583 əyarlı qızıl “yolka” boyunbağı 5090,41 AZN dəyərində qiymətləndirilmiş, Cavabdeh tərəfindən kassaya təhvil verilmişdir. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 14 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun onun tərəfindən ödənilməsi üçün qanunmüvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin 743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 300.0-cı maddəsinə əsasən, girov aşağıdakı növlərdə ola bilər: 300.0.1. saxlanc; 300.0.2. əşyanın lombardda girovu; 300.0.3. hüquqların girovu; 300.0.4. pul vəsaitinin girovu; 300.0.5. sabit girov; 300.0.6. dövriyyədəki malların girovu. Mülki Məcəllənin 301-ci maddəsinə əsasən, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda sadalanan qanunvericilik normalarına və mülki işin hallarına əsasən məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, İddiaçı ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60 AZN (altmış manat) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsinə əsasən 3434 AZN (üç min dörd yüz otuz dörd manat) əsas və 546,79 AZN (beş yüz qırx altı manat-79 qəpik) faiz borcu olmaqla, cəmi 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) kredit borcu, həmçinin, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən dövlət büdcəsinə ödənilmiş 60 AZN (altmış manat) dövlət rüsumun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Tələb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı saxlanc-girov müqaviləsi əsasında girov qoyulmuş 1 (bir) ədəd çəkisi 40,9 qram olan 583 əyarlı qızıl “yolka” boyunbağıya yönəldilməli, həmin əşya açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsi üzrə 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) kredit borcunun və iş üzrə 60 AZN (altmış manat) dövlət rüsumunun əvəzinin ödənilməsinə yetərli olmadıqda, tələb “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cavabdehin həmçinin digər əmlakına ümumi qaydada yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3434 AZN (üç min dörd yüz otuz dörd manat) əsas borc və 546,79 AZN (beş yüz qırx altı manat-79 qəpik) faiz borcu, cəmi 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 AZN (altmış manat) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 4060,79 AZN (dörd min altmış manat-79 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Tələb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı saxlanc-girov müqaviləsi əsasında girov qoyulmuş 1 (bir) ədəd çəkisi 40,9 qram olan 583 əyarlı qızıl “yolka” boyunbağıya yönəldilsin, həmin əşya açıq hərracda satılsın, satışdan əldə olunan vəsait 22 oktyabr 2024-cü il tarixli GNLMB-16608 saylı kredit müqaviləsi üzrə 3980,79 AZN (üç min doqquz yüz səksən manat-79 qəpik) kredit borcunun və iş üzrə 60 AZN (altmış manat) dövlət rüsumunun əvəzinin ödənilməsinə yetərli olmadıqda, tələb “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cavabdehin həmçinin digər əmlakına ümumi qaydada yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-677/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-677/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver