Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-703/2025 10.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada “X1” ASC-nin xeyrinə 4799,84 AZN (dörd min yeddi yüz doxsan doqquz manat- 84 qəpik) əsas borc, 748,23 AZN (yeddi yüz qırx səkkiz manat-23 qəpik) faiz borcu və 248,25 AZN (iki yüz qırx səkkiz manat-25 qəpik) cərimə olmaqla, cəmi 5796,32 AZN (beş min yeddi yüz doxsan altı manat-32 qəpik) məbləğdə kredit borcunun və iddiaçı tərəfindən ödənilmiş 78,37 AZN (yetmiş səkkiz manat-37 qəpik) dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 AZN (üç yüz min manat) 120 ay müddətinə kredit xətti ayrılmış və 04 noyabr 2023 il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 7000 AZN (yeddi min manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1.-ci bəndinə əsasən: bu müqaviləyə görə, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 09 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 4799,84 AZN (dörd min yeddi yüz doxsan doqquz manat- 89 qəpik) əsas, 748,23 AZN (yeddi yüz qırx səkkiz manat-23 qəpik) faiz, 248,25 AZN (iki yüz qırx səkkiz manat-25 qəpik) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 5796,32 AZN (beş min yeddi yüz doxsan altı manat-32 qəpik) borcu yaranmışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 03 iyun 2025-ci il tarixdə Cavabdeh2 iştirakı ilə keçirilmiş və məhkəmə baxışı iclası 10 iyul 2025-ci il tarixə təyin edlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 10 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iştirak etdiyi 03 iyun 2025-ci il tarixli hazırlıq iclasında verdiyi izahatında iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin ona qarşı kredit borcu tələbinə dair iddiasını tam qəbul etdiyini, “X1” Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 5796,32 AZN (beş min yeddi yüz doxsan altı manat-32 qəpik) kredit borcunu imkanı olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir (Bu barədə yazılı izahatını da məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 04 noyabr 2023-cü il tarixli 4035micGNDJ/23 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 7000 AZN (yeddi min manat) məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: 04 noyabr 2023-cü il tarixli 4035micGNDJ/23 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin (Cavabdeh1) kreditor qarşısında borclunun 04 noyabr 2023-cü il tarixli 4035micGNDJ/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 09 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 4035micGNDJ/23 saylı kredit müqaviləsi üzrə 4799,84 AZN əsas, 748,23 AZN faiz, 248,25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5796,32 AZN borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 16 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X2 Portalının 09 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 78,37 AZN dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh2 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 78,37 AZN dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 4799,84 AZN (dörd min yeddi yüz doxsan doqquz manat- 84 qəpik) əsas borc, 748,23 AZN (yeddi yüz qırx səkkiz manat-23 qəpik) faiz borcu və 248,25 AZN (iki yüz qırx səkkiz manat-25 qəpik) cərimə olmaqla, cəmi 5796,32 AZN (beş min yeddi yüz doxsan altı manat-32 qəpik) məbləğdə kredit borcu, həmçinin, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 78,37 AZN (yetmiş səkkiz manat-37 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 5874,69 AZN (beş min səkkiz yüz yetmiş dörd manat-69 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4799,84 AZN (dörd min yeddi yüz doxsan doqquz manat- 84 qəpik) əsas borc, 748,23 AZN (yeddi yüz qırx səkkiz manat-23 qəpik) faiz borcu və 248,25 AZN (iki yüz qırx səkkiz manat-25 qəpik) cərimə, cəmi 5796,32 AZN (beş min yeddi yüz doxsan altı manat-32 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 78,37 AZN (yetmiş səkkiz manat-37 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 5874,69 AZN (beş min səkkiz yüz yetmiş dörd manat-69 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-703/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-703/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver