Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-758/2024 24.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 05 oktyabr 2023cü il tarixli, RGRR4006668B299 saylı kredit müqaviləsinə əsasən 342,09 manat əsas, 46,35 manat faiz, cəmi 388,44 manat məbləğində borcun, 18 oktyabr 2023-cü il tarixli, BUMM4291773B299 saylı kredit müqaviləsinə əsasən 5761,69 manat əsas, 853,74 manat faiz olmaqla cəmi 6615,43 manat borcun və ödənilmiş 90,04 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında elekron qaydada bağlanmış 05 oktyabr 2023-cü il tarixli RGRR4006668B299 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 16 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 18 oktyabr 2023-cü il tarixli, BUMM4291773B299 saylı Kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz dərəcəsi ilə 6450 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehə məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlər inə əsasən, Borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və Banka olan borcunu tam qaytarmamışdır. Nəticədə Cavabdeh 04 iyun 2024-cü il tarixə İddiaçı ASC-yə 05 oktyabr 2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 342,09 manat əsas, 46,35 manat faiz, cəmi 388,44 manat, 18 oktyabr 2023-cü il tarixli ikinci kredit müqaviləsinə əsasən 5761,69 manat əsas, 853,74 manat faiz olmaqla cəmi 6615,43 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh arasında elekron qaydada bağlanmış 05 oktyabr 2023-cü il tarixli RGRR4006668B299 saylı Kredit müqaviləsindən görünür ki, cavabdehə 12 ay müddətinə illik 16 faiz dərəcəsi 500 manat məbləğində kredit verilmişdir. Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 18 oktyabr 2023-cü il tarixli, BUMM4291773B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6450 manat məbləğində kredit verilmişdir. Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 04 iyun 2024-cü il tarixə 18 oktyabr 2023-cü il tarixli, BUMM4291773B299 saylı Kredit müqaviləsinə əsasən 5761,69 manat əsas, 853,74 manat faiz olmaqla cəmi 6615,43 manat, 05 oktyabr 2023-cü il tarixli, RGRR4006668B299 saylı kredit müqaviləsinə əsasən 342,09 manat əsas, 46,35 manat faiz, cəmi 388,44 manat borcu vardır. İş materiallarında olan: 11 iyun 2024-cü il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqavilələri əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 90,04 manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməli, Cavabdeh 05 oktyabr 2023-cü il tarixli RGRR4006668B299 saylı kredit müqaviləsi üzrə 342,09 manat (üç yüz qırx iki manat 09 qəpik) əsas, 46,35 manat (qırx altı manat 35 qəpik) faiz olmaqla, cəmi 388,44 manat (üç yüz səksən səkkiz manat 44 qəpik), 18 oktyabr 2023-cü il tarixli, BUMM4291773B299 saylı Kredit müqaviləsi üzrə 5761,69 manat (beş min yeddi yüz altmış bir manat 69 qəpik) əsas, 853,74 manat (səkkiz yüz əlli üç manat 74 qəpik) faiz olmaqla cəmi 6615,43 manat (altı min altı yüz on beş manat 43 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 90,04 manat (doxsan manat 04 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 05 oktyabr 2023-cü il tarixli RGRR4006668B299 saylı kredit müqaviləsi üzrə 342,09 manat (üç yüz qırx iki manat 09 qəpik) əsas, 46,35 manat (qırx altı manat 35 qəpik) faiz olmaqla, cəmi 388,44 manat (üç yüz səksən səkkiz manat 44 qəpik), 18 oktyabr 2023-cü il tarixli, BUMM4291773B299 saylı kredit müqaviləsi üzrə 5761,69 manat (beş min yeddi yüz altmış bir manat 69 qəpik) əsas, 853,74 manat (səkkiz yüz əlli üç manat 74 qəpik) faiz olmaqla cəmi 6615,43 manat (altı min altı yüz on beş manat 43 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 7003,87 manat (yeddi min üç manat 87 qəpik) borc və ödənilmiş 90,04 manat (doxsan manat 04 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-758/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-758/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver