Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-767/2024 14.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 335,88 manat (üç yüz otuz beş manat – 88 qəpik) məbləğində sığorta ödənişinin əvəzinin, 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 365,88 manat (üç yüz altmış beş manat 88 qəpik) pul vəsaitinin alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, , "xxxx" ASC ilə X2 arasında 11 oktyabr 2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “GAZ 2752” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 01 fevral 2018-ci il tarixdə “GAZ 2752” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yasamal RPİ DYPŞ-nin qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Gaz 2752” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı (“B” kateqoriyası olmadan) qeyd olunmuşdur. Cavabdeh avtomobili “C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 22 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 25 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 25 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, 01 fevral 2018-ci il tarixdə baş vermiş qəzada o, təqsirli bilinmişdir. İddiaçıya ödəməli olduğu pulu imkanı olduqca 10-15 manat olmaqla hissə-hissə ödəyəcəkdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından görünür ki, sığortaçı "xxxx" ASC sığortalı X1 istifadəsində olan “Gaz 2752” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 11 oktyabr 2017-ci il tarixdən 11 oktyabr 2018-ci il tarixədək olan müddət üzrə sığorta etmişdir. İş materiallarında olan: Yasamal RPİ DYPŞ-nin 21 fevral 2018-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 14 avqust 2018-ci il tarixli “Sığorta aktı”nın surətindən görünür ki, sığorta predmetinə dəymiş ziyanın ümumi məbləği 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) hesablanmış, avtobusun təmiri üçün 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) sığorta ödənişinin "xxxx" MMC-nin hesabına köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 16 avqust 2018-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" Təmir Mərkəzi tərəfindən 01 fevral 2018-ci il tarixli hadisə ilə bağlı tərtib edilmiş zərər aktının surətindən görünür ki, “İveco Crealis” markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ehtiyat hissəsinə 65,66 manat, servis xidmət haqqı 270,22 manat olmaqla, cəmi 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) məbləğdə pul köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 11 oktyabr 2017-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Gaz 2752” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 fevral 2018-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində “İveco Crealis” markalı, 99–JH–255 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Cavabdeh təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Gaz 2752” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “İveco Crealis” markalı, 99–JH– 255 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) məbləğində pul vəsaiti, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 335,88 manat (üç yüz otuz beş manat 88 qəpik) pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-767/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-767/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver