Məhkəmə qərarları › İş №e-2(040)-772/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-772/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-772/2025 01.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “X1” ASC-nin xeyrinə 99,86 AZN (doxsan doqquz manat-86 qəpik) əsas, 20,42 AZN (iyirmi manat-42 qəpik) faiz borcu və 5,22 AZN (beş manat-22 qəpik) cərimə borcu olmaqla, cəmi 125,50 AZN (bir yüz iyirmi beş manat-50 qəpik) məbləğində vəsaitin və ödənilmiş 30,40 AZN (otuz manat-40 qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 22 iyun 2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Borcverən Borcalana 35 ay müddətinə, illik 29 faiz ödəmək şərtilə 100 (bir yüz) manat məbləğində kredit xətti ayırır və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, “bu müqavilə üzrə borcalana ayrılan kredit məbləği oferta çərçivəsində borcalana verilən ödəniş kartına köçürülür”. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə kreditin nağdlaşdırılmasına görə kredit məbləğinin 1 (bir) faizi (minimum 01 AZN) həcmində komissiya tutulur. Bu müqavilə "xxxx" ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və Borcalanın yazılı razılığı ilə bütün şərtləri onun tərəfindən qəbul edilmiş 28 dekabr 2021 tarixli 01U/21 saylı ümumi oferta çərçivəsində bağlanır. Bu müqavilədə nəzərdə tutulmayan və tərəflər arasında münasibətləri tənzimləyən bütün digər şərtlər oferta ilə tənzimlənir. Ümumi ofertanın 6.4.8ci bəndinə əsasən, müştəri, bank tərəfindən istənilən zaman “müştəri”nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətlərinə razılığını bildirir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 17 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 99,86 AZN (doxsan doqquz manat-86 qəpik) əsas, 20,42 AZN (iyirmi manat-42 qəpik) faiz, 5,22 AZN (beş manat-22 qəpik) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 125,50 AZN (bir yüz iyirmi beş manat-50 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh adından “Azərpoçt” poçt vasitəsi ilə məhkəməyə daxil olmuş yazılı etirazda (“ərizə”) göstərilmişdir ki, "xxxx" ona hesabında 100 (bir yüz) manat olan kart təkif etmiş, əvəzində o, banka 300 (üç yüz) manat vəsait ödəmişdir. İndi ailə vəziyyəti sosial cəhətdən çətin olduğundan ödəniş edə bilmir. Birinci dərəcəli gözdən əlildir, heç bir imza səlahiyyəti daşımır. "xxxx" dövlət qanunlarından kənar prosedurlarla fəaliyyət göstərir, ona görə də onun kimi vətəndaşlar barəsində deyil, "xxxx" barəsində tədbir görülməlidir. Mülki iş üzrə hazırlıq iclası 28 iyul 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 01 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclaslarına gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəmə iclasında iştirak etməməklə bağlı hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" KB ASC-nin Mingəçevir filialı ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2022-ci il tarixli 1838sMNGb/22 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bu müqaviləyə görə borcverən (iddiaçı) borcalana (cavabdehə) 35 ay müddətinə, 22 may 2025-ci il tarixinədək illik 29 faiz ödəmək şərtilə 100 (bir yüz) manat məbləğində kredit xətti ayırır və borcalan isə kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: Cavabdeh tərəfindən imzalanmış 22 iyun 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh bu ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş, onun bütün şərtləri ilə razı olduğunu, bütün öhdəliklərini vaxtı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini təsdiqləmişdir. İş materiallarında olan: "xxxx" KB ASC-nin Mingəçevir filialında tərtib olunmuş 22 iyun 20222-ci il tarixli Aktdan görünür ki, müvafiq kredit kartı müştəri Cavabdeh təhvil veilmişdir. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1838sMNGb/22 saylı kredit müqaviləsi üzrə 99,86 AZN əsas, 20,42 AZN faiz, 5,22 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 125,50 AZN borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 14 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X2 Portalının 17 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -739.1-ci maddəsinə (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.2-ci maddəsinə (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 99,86 AZN (doxsan doqquz manat-86 qəpik) əsas borc, 20,42 AZN (iyirmi manat-42 qəpik) faiz borcu və 5,22 AZN (beş manat-22 qəpik) cərimə borcu olmaqla, cəmi 125,50 AZN (bir yüz iyirmi beş manat-50 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99,86 AZN (doxsan doqquz manat-86 qəpik) əsas borc, 20,42 AZN (iyirmi manat-42 qəpik) faiz borcu və 5,22 AZN (beş manat-22 qəpik) cərimə borcu olmaqla, cəmi 125,50 AZN (bir yüz iyirmi beş manat-50 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə 155,90 AZN (bir yüz əlli beş manat-90 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar