Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-799/2025 21.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4594 AZN (dörd min beş yüz doxsan dörd manat) əsas borc və 1584 AZN (bir min beş yüz səksən dörd manat) faiz borcu və 168,73 AZN (bir yüz altmış səkkiz manat-73 qəpik) cərimə borcu olmaqla, cəmi 6346,73 AZN (altı min üç yüz qırx altı manat-73 qəpik) kredit borcu, həmçinin ödənilmiş 83,47 AZN (səksən üç manat-47 qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli **********0482 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 AZN (beş min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 236 AZN (iki yüz otuz altı manat) olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 14 aprel 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 4594 AZN (dörd min beş yüz doxsan dörd manat), faiz borcuna görə 1584 AZN (bir min beş yüz səksən dörd manat), cərimə borcuna görə 168,73 AZN (bir yüz altmış səkkiz manat-73 qəpik) olmaqla, cəmi 6346,73 AZN (altı min üç yüz qırx altı manat-73 qəpik) təşkil edir.. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının nümayəndəsi Ramil Heydərov məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı ilə borclu Cavabdeh arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli **********0482 saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Kredit verən Kredit alana 30 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə, aylıq 236 manat ödəniş etmək şərtilə 5000 AZN (beş min manat) məbləğində kredit verilməsini öhdəsinə götürür; Kredit alan isə ona verilmiş krediti, həmçinin kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli “kredit kartının mədaxil (qəbul) aktı”ndan görünür ki, balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan **********883773 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcə də həmin kart vasitəsi ilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə Kredit alana təqdim edilmiş və onun tərəfindən təhvil alınmışdır. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən tərtib olunmuş 14 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Finca- Azerbaijan” X1-bank Kredit Təşkilatına 04 sentyabr 2024-cü il tarixli **********0482 saylı kredit müqaviləsinə əsasən, 4594 AZN əsas, 1584 AZN faiz, 168,73 AZN cərimə, cəmi 6346,73 AZN kredit borcu vardır. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə, borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 83,47 AZN (səksən üç manat-47 qəpik) rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 04 sentyabr 2024-cü il tarixli **********0482 saylı kredit müqaviləsi üzrə 4594 AZN (dörd min beş yüz doxsan dörd manat) əsas borc, 1584 AZN (bir min beş yüz səksən dörd manat) faiz borcu və 168,73 AZN (bir yüz altmış səkkiz manat-73 qəpik) cərimə borcu olmaqla, 6346,73 AZN (altı min üç yüz qırx altı manat-73 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 83,47 AZN (səksən üç manat-47 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 6430,20 AZN (altı min dörd yüz otuz manat-20 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatınin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının xeyrinə 4594 AZN (dörd min beş yüz doxsan dörd manat) əsas borc, 1584 AZN (bir min beş yüz səksən dörd manat) faiz borcu və 168,73 AZN (bir yüz altmış səkkiz manat-73 qəpik) cərimə borcu olmaqla, cəmi 6346,73 AZN (altı min üç yüz qırx altı manat-73 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 83,47 AZN (səksən üç manat-47 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 6430,20 AZN (altı min dörd yüz otuz manat-20 qəpik) məbləğdə pul vəsaiti iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-799/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-799/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver