Məhkəmə qərarları › İş №e-2(040)-808/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-808/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-808/2025 13.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı- İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh- Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh **********0929 saylı kredit müqaviləsi üzrə borcun məbləği 564,96 AZN əsas, faiz borcu üzrə 10,81 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, cəmi 575,77 (beş yüz yetmiş beş manat, yetmiş yeddi qəpik); həmçinin, **********0932 saylı kredit müqaviləsi üzrə borcun məbləği 515,06 AZN əsas, faiz borcu üzrə 9,86 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, cəmi 524,92 (beş yüz iyirmi dörd manat doxsan iki qəpik) AZN və ödənilmiş 31,01 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. AZEMİS “Elektron məhkəmə informasiya sistemi”ndə şəxsin fərdi məlumatları bölməsindən çıxarışdan görünür ki, iş üzrə Cavabdeh 16 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Yuxarıda sadalananlara əsaslanaraq hesab edirəm ki, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc tələbi”nə dair hazırki iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinin müddəalarından görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hesab edirəm ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh öldüyündən iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildir və Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizənin yolverilməzliyinə görə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar