Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-818/2025 13.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi ” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 21332,15 AZN (iyirmi bir min üç yüz otuz iki manat-15 qəpik) əsas, 940,85 AZN (doqquz yüz qırx manat-85 qəpik) faiz, cəmi 22273 AZN (iyirmi iki min iki yüz yetmiş üç manat) məbləğində pul vəsaitinin və ödənilmiş 156,82 AZN (bir yüz əlli altı manat-82 qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2024-cü il tarixli RGTK9282287B127 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 22067,43 AZN (iyirmi iki min altmış yeddi manat-43 qəpik) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 12 may 2025-ci il tarixə İddiaçı ASC-yə 21332,15 AZN (iyirmi bir min üç yüz otuz iki manat-15 qəpik) əsas; 940,85 AZN (doqquz yüz qırx manat- 85 qəpik) faiz; cəmi 22273 AZN (iyirmi iki min iki yüz yetmiş üç manat) borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hal-hazırda onun İddiaçı ASC-yə 20688,92 AZN (iyirmi min altı yüz səksən səkkiz manat-92 qəpik) borcu qalmış, həmin borcu da ödəyəcəkdir. Hazırki iddia məhkəməyə daxil olduqdan sonra onun əmək haqqından hissə-hissə tutulmalar olmuş, İddiaçı ASC-nin xeyrinə 1584,08 AZN (bir min beş yüz səksən dörd manat-08 qəpik) tutulmuşdur (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Mülki iş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 15 avqust 2024-cü il tarixli RGTK9282287B127 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavədən görünür ki, kreditor borcalana 59 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 22067,43 AZN (iyirmi iki min altmış yeddi manat-43 qəpik) məbləğində kredit verir. Borcalan isə aldığı kredit və kredit üzrə hesablanacaq faizləri həmin müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş 12 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Kapital Bank” ASC-yə bağlanmış 15 avqust 2024-cü il tarixli RGTK9282287B127 saylı kredit müqaviləsinə əsasən 21332,15 AZN əsas, 940,85 AZN faiz, cəmi 22273 AZN kredit borcu vardır İş materiallarında olan: İddiaçı ASC tərəfindən borcalana göndərilmiş 09 aprel 2025ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində tədbir görüləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli Cavabdeh hesabından çıxarışdan görünür ki, RGTK9282287B127 saylı kredit müqaviləsi üzrə gecikən borcun ödənilməsi məqsədilə Cavabdeh hesabından 01 may 2025-ci il tarixindən 11 avqust 2025-ci il tarixinədək əsas borca görə- 643,23 AZN (altı yüz qırx üç manat-23 qəpik), faiz borcuna görə- 940,85 AZN (doqquz yüz qırx manat-85 qəpik), ümumilikdə 1584,08 AZN (bir min beş yüz səksən dörd manat-08 qəpik) məbləğində pul vəsaiti tutulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 12 may 2025-ci il tarixli 17968073 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 156,82 AZN dövlət rüsumu ödənilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən qanuni və əsaslı olduğu üçün qismən-20688,92 AZN (iyirmi min altı yüz səksən səkkiz manat-92 qəpik) kredit borcu tələbinə dair hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia qalan hissədə-1584,08 AZN (bir min beş yüz səksən dörd manat-08 qəpik) kredit borcu tələbinə dair hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından və cavabdehin izahatından göründüyü kimi RGTK9282287B127 saylı kredit müqaviləsi üzrə gecikən borcun ödənilməsi məqsədilə Cavabdeh hesabından 16 may 2025-ci il tarixindən 11 avqust 2025ci il tarixinədək 643,23 manat əsas borca, 940,85 manat faiz borcuna, ümumilikdə 1584,08 AZN (bir min beş yüz səksən dörd manat-08 qəpik) məbləğində pul vəsaiti tutulmuşdur Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 156,82 AZN (bir yüz əlli altı manat-82 qəpik) dövlət rüsumunun 152,06 AZN (bir yüz əlli iki manat-06 qəpik) hissəsinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qanuni və qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 15 avqust 2024-cü il tarixli RGTK9282287B127 saylı kredit müqaviləsi üzrə 20688,92 AZN (iyirmi min altı yüz səksən səkkiz manat-92 qəpik) əsas borc, cəmi 20688,92 AZN (iyirmi min altı yüz səksən səkkiz manat-92 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 152,06 AZN (bir yüz əlli iki manat-06 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 20840,98 AZN (iyirmi min səkkiz yüz qırx manat- 98 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20688,92 AZN (iyirmi min altı yüz səksən səkkiz manat-92 qəpik) əsas borc, cəmi 20688,92 AZN (iyirmi min altı yüz səksən səkkiz manat-92 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 152,06 AZN (bir yüz əlli iki manat-06 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 20840,98 AZN (iyirmi min səkkiz yüz qırx manat- 98 qəpik) məbləğdə pul vəsaiti alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-818/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-818/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver