Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-843/2025 07.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1661,65 ABŞ dolları (bir min altı yüz altmış bir dollar -65 sent) əsas, 870,93 ABŞ dolları (səkkiz yüz yetmiş dollar- 93 sent) faiz borcu, 3058,16 ABŞ dolları (üç min əlli səkkiz dollar- 16 sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 fevral 2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 236,90 ABŞ dolları (iki yüz otuz altı manat-90 sent) olmaqla, cəmi 5827,64 ABŞ dolları (beş min səkkiz yüz iyirmi yeddi dollar-64 sent) məbləğində kredit borcu və ödənilmiş 119,07 AZN (bir yüz on doqquz manat-07 qəpik) dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh1 arasında bağlanmış 2500-14 AYİB nömrəli 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Damazlıq məqsədli 7 baş iribuynuzlu mal-qara alınması” məqsədi ilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 6.370 ABŞ dolları(altı min üç yüz yetmiş dollar) məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-2500-14 AYİB nömrəli 14 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit borcalana “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət vergi xidmətinin internet vergi idarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 11 iyun 2015-ci il tarixli 548 saylı Əlavə sazişlərə əsasən, kreditin qalıq məbləği 5514,17 ABŞ dolları (beş min beş yüz on dörd dollar-17 sent) hesablanmışdır. Kreditin müddəti 25 ay müddətinə uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 22 may 2017-ci il tarixli 02 saylı Əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 7472,36 ABŞ dolları (yeddi min dörd yüz yetmiş iki dollar-36 sent) hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1 USD=1,40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilir. Kreditin müddəti 22 may 2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 17 mart 2025-ci il tarixə cavabddeh Cavabdeh1 kredit üzrə borcu 1661,65 ABŞ dolları (bir min altı yüz altmış bir dollar -65 sent) əsas, 870,93 ABŞ dolları (səkkiz yüz yetmiş dollar- 93 sent) faiz borcu, 3058,16 ABŞ dolları (üç min əlli səkkiz dolar- 16 sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 fevral 2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 236,90 ABŞ dolları (iki yüz otuz altı manat-90 sent) olmaqla, cəmi 5827,64 ABŞ dolları (beş min səkkiz yüz iyirmi yeddi dollar-64 sent) təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə birgə ərizə təqdim edərək bildirmişlər ki, iddiaçı LPO İddiaçı ASC-nin onlara qarşı iddiasını qismən qəbul edirlər. Belə ki, cərimə borcunu qəbul etmirlər; əsas borc və faiz borcunu imkan olduqca birlikdə ödəyəcəklər. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 07 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 14 noyabr 2014-cü il tarixli 2500-14AYİB saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, kreditor (iddiaçı) borcalana (cavabdehə) 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verir. Borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan: 14 noyabr 2014-cü il tarixli ZM-1-2500-14AYİB saylı zaminlik müqaviləsindən görünür ki, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır (Cavabdeh2 müqaviləni zamin qismində imzalamışdır). İş materiallarında olan: 22 may 2017-ci il tarixli 2500 saylı 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7.472,36 ABŞ dolları (yeddi min dörd yüz yetmiş iki dollar-36 sent) təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1 USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Restrukturizasiya edilmiş kreditin müddəti 22 may 2022-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan: Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 noyabr 2014-cü il tarixli 891753 saylı kredit müqaviləsinə əsasən 17 mart 2025-ci il tarixə 1661,65 ABŞ dolları əsas, 870,93 ABŞ dolları faiz, 3058,16 ABŞ dolları cərimə, 236,90 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 5827,64 ABŞ dolları borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş 18 mart 2025-ci il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Dəmirbank ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -739.1-ci maddəsinə (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək, hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Bununla belə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 14 noyabr 2014-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə 3058,16 ABŞ dolları (üç min əlli səkkiz dollar- 16 sent) dəbbə pulu azaldılaraq 166,10 (bir yüz altmış altı dollar- 10 sent) müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 119,07 AZN dövlət rüsumunun 69,90 AZN hissəsinin pul əvəzi olaraq 69,90 AZN (altmış doqquz manat-90 qəpik) məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada tutulmalıdır. Beləliklə, hakim hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 14 noyabr 2014-cü il tarixli 2500-14AYİB saylı kredit müqaviləsi üzrə 1661,65 ABŞ dolları (bir min altı yüz altmış bir dollar -65 sent) əsas borc, 870,93 ABŞ dolları (səkkiz yüz yetmiş dollar- 93 sent) faiz borcu, 166,10 (bir yüz altmış altı dollar- 10 sent) cərimə, kredit müqaviləsinin bitmə tarixindən sonrakı müddət üçün hesablanmış 236,90 ABŞ dolları (iki yüz otuz altı dollar- 90 sent) əlavə faiz borcu olmaqla, cəmi 2935,58 ABŞ dolları (iki min doqquz yüz otuz beş dollar-58 sent) məbləğində kredit borcu ödəniş gününə olan valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69,90 AZN (altmış doqquz manat- 90 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə- 2892,06 ABŞ dolları (iki min səkkiz yüz doxsan iki dollar-06 sent) cərimə borcunun tələbinə dair hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən (yəni cərimə borcu məhkəmə tərəfindən azaldığından) həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1661,65 ABŞ dolları (bir min altı yüz altmış bir dollar -65 sent) əsas borc, 870,93 ABŞ dolları (səkkiz yüz yetmiş dollar- 93 sent) faiz borcu, 166,10 (bir yüz altmış altı dollar- 10 sent) cərimə, kredit müqaviləsinin bitmə tarixindən sonrakı müddət üçün hesablanmış 236,90 ABŞ dolları (iki yüz otuz altı dollar- 90 sent) əlavə faiz borcu olmaqla, cəmi 2935,58 ABŞ dolları (iki min doqquz yüz otuz beş dollar-58 sent) kredit borcu ödəniş gününə olan valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 119,07 AZN dövlət rüsumunun 69,90 AZN hissəsinin pul əvəzi olaraq 69,90 AZN (altmış doqquz manat-90 qəpik) məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-843/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-843/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver