Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-857/2025 06.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, bugünə kimi onun xeyrinə ödənilməli olan, lakin ödənilməmiş 15135 (bir on beş min yüz otuz beş) manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun müddətdir ki tanıyır. Belə ki Cavabdeh ondan 2023-cü ilin 18 dekabr tarixində 4500 (dörd min beş yüz) manat, sonradan yanvar ayında 5000 (beş min) manat və digər aylarda hissə-hissə əlbəəl şəkildə 6135 (altı min yüz otuz beş) manat olmaqla ümumilikdə 15135 (bir on beş min yüz otuz beş) manat ondan borc almış, həmin borcu 2024-cü ilin iyun ayınadək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin 2024-cü ilin iyununda Cavabdeh pulunu istədikdə cavabdeh işlərin zəifləməsini və yaxın günlərdə borcunu verəcəyini bildirmişdir; o isə öz növbəsində insanlıq naminə yenə də cavabdehin dediyi müddətin başa çatmasını gözləmiş, lakin aradan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh heç bir səs-soraq çıxmamışdır. Daha sonra cavabdehin özünə müraciət edərək ona görə kreditə girib pul verməsini istəsə də, Cavabdeh ona qarşı saymazlıq edərək telefon zənglərini açmamışdır. Cavabdehin özünə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, ona qarşı süni maneələr yaradaraq üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə cavabdehə yenidən son şans kimi yaxın zamanda pulunun bütünlükdə hamsının qaytarılmasını, əks təqdirdə polisə müraciət edəcəyini bildirmişdir. Lakin Cavabdeh yenə də üzərinə düşən öhdəlikdən boyun qaçırmışdır. Bununla bağlı onun Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis şöbəsinə müraciəti olmuşdur. Polis şöbəsində hər ikisinin ifadəsi alınmasına baxmayaraq, sonda Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis şöbəsindən ona cavab olaraq həmin məsələnin mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur- bir sözlə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis şöbəsindən ona 06 yanvar 2025-ci il tarixdə imtina məktubu verilmişdir. Polisə müraciət etməsindən 4 ay keçməsinə baxmayarq, cavabdeh bügunədək ümumilikdə 15135 (bir on beş min bir yüz otuz beş) manat puldan heç bir hissəni ona qaytarmamışdır. Üzərindən 18 (on səkkiz) ay keçməsinə baxmayaraq, Cavabdeh bugünə qədər üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 05 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, maddi imkanı olmadığından məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 15135 (bir on beş min yüz otuz beş) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-857/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-857/2025
06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver