Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-90/2024 29.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh– Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“ödənilmiş sığorta ödənişinin əvəzinin zərərvuran sığortalıdan subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1213,0 (min iki yüz on üç) manat məbləğində sığorta ödənişinin əvəzinin, 32,13 manat (otuz iki manat-13 qəpik) dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin əvəzinin alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-OR- *** dövlət qeydiyyat nişanlı “Kamaz 53212” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-FY-*** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı nəqliyyat vasitəsinə 06 avqust 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** FY *** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** FY *** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6349,0 (altı min üç yüz qırx doqquz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 12 avqust 2022-ci il tarixli “Sığorta aktı”na əsasən 1213,0 (min iki yüz on üç) manat məbləğində sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən sığortalandığından 5000 (beş min) manat məbləğində sığorta ödənişinin ödənildiyini nəzərə alaraq 27 yanvar 2023-cü il tarixində 1213,0 (min iki yüz on üç) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin həmin məbləği ödəməmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 11 dekabr 2023-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə bağlı 26 dekabr 2023-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 29 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Ömərova X3 Rayon Məhkəməsinə ünvanladığı 29 yanvar 2024-cü il tarixli ərizədə məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, 1213,0 (min iki yüz on üç) manat sığorta ödənişi məbləğini və 32,13 manat (otuz iki manat 13 qəpik) dövlət rüsumunu ödəməyə razıdır. Lakin hazırda işləmir, maddi imkanı aşağıdır. İmkanı olduqca ödəyəcəkdir (müvafiq yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 12 avqust 2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də sığortalanmış X2 məxsus **-FY-*** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı avtomobilə zərər vurulması nəticəsində zərərlə bağlı maddi ziyanın ümumi məbləği 6349,0 manat olmuşdur. X1 təqdim etdiyi hesaba 1213 (min iki yüz on üç) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 avqust 2022-ci il tarixdə tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Haval H6” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 6349 (altı min üç yüz qırx doqquz) manat ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, 06 avqust 2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-OR-*** dövlət qeydiyyat nişanlı “Kamaz 53212” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-FY-*** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadis ilə əlaqədar "xxxx" ASC tərəfindən 1213 (min iki yüz on üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq yaranan subroqasiya tələbi hüququna əsasən 1213 (min iki yüz on üç) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına köçürülməsinə göstəriş verilməsi xahiş olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.8 maddələrinin müddəalarından görünür ki, o cümlədən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda (həmin maddədə qey edilir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır-hakimin qeydi) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Cavabdeh 06 avqust 2022-ci il tarixdə idarə etdiyi “**-OR-***” dövlət qeydiyyat nişanlı “Kamaz 53212” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-FY-*** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 6349 (altı min üç yüz qırx doqquz) manat məbləğində maddi ziyanın vurulduğu sığortaçı tərəfindən hesablanmış, icbari sığorta müqaviləsinə əsasən zərərçəkmiş şəxsə 1213 (min iki yüz on üç) manat məbləğində sığorta ödənişi ödənilmiş, bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində hesablamış maddi ziyanın həcmini mübahisələndirmir, iddia tələbini tam qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Kamaz 53212” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Haval H6” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 1213 (min iki yüz on üç) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 32,13 manat (otuz iki manat 13 qəpik) dövlət rüsumunun və 0,40 (0 manat 40 qəpik) bank xidməti haqqının pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1213 (min iki yüz on üç) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 32,13 manat (otuz iki manat 13 qəpik) dövlət rüsumunun və 0,40 (0 manat 40 qəpik) bank xidməti haqqının pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-90/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-90/2024
29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver