Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-940/2025 16.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13 mart 2024-cü il tarixli CL- EE003093035 nömrəli kredit müqaviləsinə əsasən 16401,40 AZN (on altı min dörd yüz bir manat-40 qəpik) əsas borc, 2055,10 AZN (iki min əlli beş manat-10 qəpik) faiz borcu və 130,52 AZN (bir yüz otuz iki manat-52 qəpik) cərimə olmaqla, cəmi 18587,02 AZN (on səkkiz min beş yüz səksən yeddi manat-02 qəpik) kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145,76 AZN (yüz qırx beş manat-76 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Tərtər filialı ilə Cavabdeh arasında bağlanmış CL-EE003093035 saylı 13 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 14,9 faizlə 59 ay müddətinə 17000 AZN (on yeddi min manat) məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən CL- EE003093035 saylı 13 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 30 may 2025-ci il tarixinə cavabdehin əsas borc üzrə 16401,40 AZN (on altı min dörd yüz bir manat-40 qəpik), 130,52 AZN (bir yüz otuz iki manat-52 qəpik) ödənilməmiş cərimə borcu, faiz borcu üzrə 2055,10 AZN (iki min əlli beş manat-10 qəpik) olmaqla, cəmi 18587,02 AZN (on səkkiz min beş yüz səksən yeddi manat-02 qəpik) borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 145,76 AZN (yüz qırx beş manat-76 qəpik) dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 21 may 2025-ci il tarixində 6-2-22/2-18385/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə 16 oktyabr 2025-ci il tarixdə ərizə göndərərək məhkəmə iclasınının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; Cavabdeh gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 13 mart 2024-cü il tarixli CL-EE003093035 saylı istehlak krediti müqaviləsi və həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdehə 59 ay müddətinə illik 14,9 faiz dərəcəsi ilə 17000 manat məbləğində kredit verilmişdir; borcalan isə bu müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (www.abb-bank.az) yerləşdirilmiş, sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra Standart Şərtlər) tanış olduğunu, onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standar Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standar Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müdəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. İş materiallarında olan: 30 may 2025-ci il tarixdə"xxxx" ASC-nin Yevlax filialının müdiri vəzifələrini müvəqqəti icra edən Asif Məmmədov tərəfindən imzalanan maliyyə arayışından görünür ki, Cavabdeh 30 may 2025-ci il tarixədək cəmi 1531 manat ödəniş etmiş, onun "xxxx" ASC-yə olan borcu -16401,40 manat əsas, 2055,10 manat faiz, 130,52 manat cərimə olmaqla, cəmi 18587,02 manat təşkil edir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 19 may 2025ci il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 02 iyun 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 145,76 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaqanuni və əsaslıdır. Belə ki, Cavabdeh (borcalan) kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 145,76 AZN (yüz qırx beş manat-76 qəpik) dövlət rüsumu və 40 qəpik bank xərcinin pul əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 13 mart 2024cü il tarixli CL-EE003093035 nömrəli krediti müqaviləsinə əsasən 16401,40 AZN (on altı min dörd yüz bir manat-40 qəpik) əsas borc, 2055,10 AZN (iki min əlli beş manat-10 qəpik) faiz borcu və 130,52 AZN (bir yüz otuz iki manat-52 qəpik) olmaqla, cəmi 18587,02 AZN (on səkkiz min beş yüz səksən yeddi manat-02 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 145,76 AZN (yüz qırx beş manat-76 qəpik) dövlət rüsumu və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə cəmi 18732,78 AZN (on səkkiz min yeddi yüz otuz iki manat-78 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13 mart 2024-cü il tarixli CL-EE003093035 nömrəli krediti müqaviləsinə əsasən 16401,40 AZN (on altı min dörd yüz bir manat-40 qəpik) əsas borc, 2055,10 AZN (iki min əlli beş manat-10 qəpik) faiz borcu və 130,52 AZN (bir yüz otuz iki manat-52 qəpik) olmaqla, cəmi 18587,02 AZN (on səkkiz min beş yüz səksən yeddi manat-02 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 145,76 AZN (yüz qırx beş manat-76 qəpik) dövlət rüsumu və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə cəmi 18732,78 AZN (on səkkiz min yeddi yüz otuz iki manat-78 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-940/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-940/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver