Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-941/2025 15.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada “X1” ASC-nin xeyrinə 13276,40 AZN (on üç min iki yüz yetmiş altı manat-40 qəpik) əsas borc, 1734,53 AZN (bir min yeddi yüz otuz dörd manat-53 qəpik) faiz borcu və 284,56 AZN (iki yüz səksən dörd manat- 56 qəpik) cərimə olmaqla, cəmi 15295,49 AZN (on beş min iki yüz doxsan beş manat-49 qəpik) məbləğində vəsaitin və ödənilmiş 136,35 AZN (bir yüz otuz altı manat-35 qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2024-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 AZN (üç yüz min manat) 120 ay müddətinə kredit xətti ayrılmış və 06 aprel 2024-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 36 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 15200 AZN (bir on beş min iki yüz) məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh3 və Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27 may 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 13276,40 AZN (on üç min iki yüz yetmiş altı manat-40 qəpik) əsas, 1734,53 AZN (bir min yeddi yüz otuz dörd manat-53 qəpik) faiz, 284,56 AZN (iki yüz səksən dörd manat- 56 qəpik) cərimə, 0 AZN (sıfrı manat) komisyon haqqı borcu olmaqla, cəmi 15295,49 AZN (on beş min iki yüz doxsan beş manat-49 qəpik) borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 10 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul eədərək izahatında bildirmişdir ki, cəmi 15295,49 AZN (on beş min iki yüz doxsan beş manat-49 qəpik) kredit borcunu hissəhissə ödəyəcəkdir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə tədqim etmişdir). Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan: 06 aprel 2024-cü il tarixli 730micGNDJ/24-EM saylı “Əlavə kredit müqaviləsi” və həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 15200 AZN (bir on beş min iki yüz) məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: 06 aprel 2024-cü il tarixli 730micGNDJ/24 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin (Cavabdeh2 Füzuli oğlu və Cavabdeh3) kreditor qarşısında borclunun 06 aprel 2024-cü il tarixli 730micGNDJ/24-EM saylı əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 27 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 730micGNDJ/24 saylı kredit müqaviləsi üzrə 13276,40 AZN əsas, 1734,53 AZN faiz, 284,56 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 15295,49 AZN borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 11 mart 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X2 Portalının 27 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 135,95 AZN (bir yüz otuz beş manat-95 qəpik) dövlət rüsumu və 40 qəpik bank xidmət xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 135,95 AZN (bir yüz otuz beş manat-95 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 13276,40 AZN (on üç min iki yüz yetmiş altı manat-40 qəpik) əsas borc, 1734,53 AZN (bir min yeddi yüz otuz dörd manat-53 qəpik) faiz borcu və 284,56 AZN (iki yüz səksən dörd manat- 56 qəpik) cərimə, cəmi 15295,49 AZN (on beş min iki yüz doxsan beş manat-49 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 135,95 AZN (bir yüz otuz beş manat-95 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi, ümumilikdə 15431,84 AZN (on beş min dörd yüz otuz bir manat-84 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13276,40 AZN (on üç min iki yüz yetmiş altı manat-40 qəpik) əsas borc, 1734,53 AZN (bir min yeddi yüz otuz dörd manat-53 qəpik) faiz borcu və 284,56 AZN (iki yüz səksən dörd manat- 56 qəpik) cərimə, cəmi 15295,49 AZN (on beş min iki yüz doxsan beş manat-49 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 135,95 AZN (bir yüz otuz beş manat-95 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi, ümumilikdə 15431,84 AZN (on beş min dörd yüz otuz bir manat-84 qəpik) məbləğdə pul vəsaiti birgə qaydada tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-941/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-941/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver