Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-990/2025 03.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 18269,16 AZN (on səkkiz min iki yüz altmış doqquz manat-16 qəpik) məbləğində əsas kredit borcunun, 3157,10 AZN (üç min bir yüz əlli yeddi manat- 10 qəpik) məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 21426,17 AZN (iyirmi bir min dörd yüz iyirmi altı manat-17 qəpik) məbləğində pul vəsaitinin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 154,28 AZN (bir yüz əlli dörd manat-28 qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 27 oktyabr 2022-ci il tarixli razılaşma müqaviləsinə əsasən cavabdeh Hüseynov Eldəniz Əvəz oğluna 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 20000 AZN (iyirmi min manat) məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla cavabdehlər- Cavabdeh3 arasında 31FİZAM114311605 saylı 27 oktyabr 2022-ci il tarixli, Cavabdeh2 arasında 31FİZAM114300702 saylı 27 oktyabr 2022-ci il tarixli, Cavabdeh1 arasında 31FİZAM129641504 saylı 28 avqust 2023-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh Hüseynov Eldəniz Əvəz oğlu 03 yanvar 2024-cü il tarixində vəfat etmiş və müvafiq dövlət orqanlarına edilmiş sorğular nəticəsində mərhum Hüseynov Eldəniz Əvəz oğlu ilə bağlı hər hansı vərəsəlik işi aşkar edilməmişdir. Digər cavabdehlər onlarla bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əməl etmədiklərinə görə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, cavabdehlər (zaminlər) tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə 25 iyun 2025-ci il tarixə İddiaçı ASC-yə 18269,16 AZN (on səkkiz min iki yüz altmış doqquz manat-16 qəpik) məbləğində əsas kredit borcu, 3157,10 AZN (üç min bir yüz əlli yeddi manat- 10 qəpik) məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 AZN (sıfır manat) məbləğində cərimə borc olmaqla, cəmi 21426,17 AZN (iyirmi bir min dörd yüz iyirmi altı manat-17 qəpik) məbləğində borc qalmaqdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Vərəsələr və zaminlər borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna və cərimə borcuna görə də məsuliyyət daşıyırlar. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sübutlar: İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynov Eldəniz Əvəz oğlu arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli “Kredit verilməsinə dair razılaşma”dan görünür ki, kreditverən (bank) 20000 (iyirmi min) manat məbləğdə və illik faiz dərəcəsi 16 olmaqla, 27 oktyabr 2023-cü il tarixədək, 9 ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, müştəri (borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19,5 faizdir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynov Eldəniz Əvəz oğlu arasında bağlanmış 28 avqust 2023-cü il tarixli 31280***-*******01R nömrəli “Restrukturizasiya razılaşmasından”dan görünür ki, tərəflər arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 31271***-*******01 saylı kredit müqaviləsinə əsasən kreditverən tərəfindən borcalan verilmiş 20000 (iyirmi min) manat məbləğdə kredit borcu üzrə faiz dərəcəsi 18 faiz və kreditin son icra müddəti 28 avqust 2026-cı il müəyyən edilmişdir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh3 arasında imzalanmış 27 oktyabr 2022-ci il tarixli 31FİZAM114311605 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərinə götürmüşdür (həmin müqavilələrin 1.1-ci bəndinin mətnində zaminin kreditor qarşısında borcalanla birgə məsuliyyətindən bəhs edilir). İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında imzalanmış 27 oktyabr 2022-ci il tarixli 31FİZAM114300702 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərinə götürmüşdür (həmin müqavilələrin 1.1-ci bəndinin mətnində zaminin kreditor qarşısında borcalanla birgə məsuliyyətindən bəhs edilir). İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında imzalanmış 28 avqust 2023-cü il tarixli 31FİZAM114300704 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərinə götürmüşdür (həmin müqavilələrin 1.1-ci bəndinin mətnində zaminin kreditor qarşısında borcalanla birgə məsuliyyətindən bəhs edilir). İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh1 arasında imzalanmış 28 avqust 2023-cü il tarixli 31FİZAM129641504 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərinə götürmüşdür (həmin müqavilələrin 1.1-ci bəndinin mətnində zaminin kreditor qarşısında borcalanla birgə məsuliyyətindən bəhs edilir). İş materiallarında olan: 25 iyun 2025-ci il tarixli “Hüseynov Eldəniz Əvəz oğlunun İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında Arayış”dan (cədvəl) görünür ki, borcalan Hüseynov Eldəniz Əvəz oğlunun 28 avqust 2023cü il tarixdə 28 avqust 2026-cı il tarixədək müddətə bağlanmış kredit müqaviləsi üzrə göstəricilər belədir: kreditin məbləği- 20000 manat; kreditin faiz dərəcəsi- 18 faiz; əsas kredit borcunun məbləği- 18269,16 AZN; iddia qaldırılan günə faiz borcunun məbləği- 3157,10 AZN; cərimə məbləği- 0 AZN; borc üzrə iddia tələbinin cəmi məbləği- 21426,17 AZN. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş 25 iyun 2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdehlərə borclarının olması barədə xəbərdarlıq edilmiş və borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 154,28 AZN dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan: Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2024cü il tarixdə verilmiş AZ-İİ № 376680 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Hüseynov Eldəniz Əvəz oğlu 03 yanvar 2024-cü ildə Yevlax rayonunun Əcəmi kəndində naməlum bədxassəli yenitörəmə səbəbindən ölmüşdür. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdirki, vəfat etmiş borcalan Hüseynov Eldəniz Əvəz oğlunun mirası qəbul etmiş vərəsəsi aşkar edilməmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -744.1-ci maddəsinə əsasən, kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarının nəticə hissəsinin: -1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1 və 76.2-ci maddələrindən görünür ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. --88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mərhum borcalan Hüseynov Eldəniz Əvəz oğlu kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borcalan öldüyündən, mərhum borcalanın kreditor qarşısındakı öhdəlikləri cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 keçmişdir. Odur ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 154,28 AZN (bir yüz əlli dörd manat-28 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18269,16 AZN (on səkkiz min iki yüz altmış doqquz manat-16 qəpik) əsas borc və 3157,10 AZN (üç min bir yüz əlli yeddi manat- 10 qəpik) faiz borcu olmaqla cəmi 21426,17 AZN (iyirmi bir min dörd yüz iyirmi altı manat-17 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 154,28 AZN (bir yüz əlli dörd manat-28 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 21580,45 AZN (iyirmi bir min beş yüz səksən manat- 45 qəpik) məbləğdə pul vəsaiti birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18269,16 AZN (on səkkiz min iki yüz altmış doqquz manat-16 qəpik) əsas borc və 3157,10 AZN (üç min bir yüz əlli yeddi manat- 10 qəpik) faiz borcu olmaqla, cəmi 21426,17 AZN (iyirmi bir min dörd yüz iyirmi altı manat-17 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 154,28 AZN (bir yüz əlli dörd manat-28 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 21580,45 AZN (iyirmi bir min beş yüz səksən manat- 45 qəpik) məbləğdə pul vəsaiti birgə qaydada alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-990/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-990/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver