Məhkəmə qərarları › İş №e-2(041)-1093/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-1093/2025

08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-1093/2025 08.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinın cavabdehlər X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X5 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinın cavabdeh X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 08 may 2025-ci il tarixə, saat 10.00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı «X5 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinın nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərk iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 259.0.11-ci maddələrinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, belə olan halda ərizə baxılmamış saxlanmalıdır. Həmçinin iddiaçıya izah edilməlidir ki, MPM-in 260.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçının ərizəsinə əsasən, ərizə baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan dövlət rüsumu barədə qəbzin surətindən görünür ki, iddiaçı «X5 Azərbaycan» QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 78.73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddiaçı «X5 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinın cavabdehlər X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə «X5 Azərbaycan» QSC tərəfindən ödənilmiş 78.73 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı «X5 Azərbaycan» QSC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı «X5 Azərbaycan» QSC-nə geri qaytarılsın. İddiaçı «X5 Azərbaycan» QSC tərəfindən ödənilmiş 78.73 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, MPM-in 260.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar