Məhkəmə qərarları › İş №e-2(041)-1154/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1154/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1154/2025 20.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh3, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, L-KD-0061837-F saylı kredit, birgə borcluluq və KD-00005458 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada ödənilməmiş əsas məbləğ üzrə 4484,66 manat, faiz borcu üzrə 1876,99 manat, 638,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 6999,96 manat məbləğində kredit borcunun və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nin Kürdəmir filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2023-cü il tarixili, L-KD-0061837-F nömrəli birgə borcluluq müqaviləsi bağlanmışdır. Daha sonra birgə borcluluq müqaviləsinə əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixili L-KD- 0061837-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.33%, illik 28% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh1 ilə KD-00005458 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 515,34 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 983,71 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 252,95 manat olmaqla, cəmi 1752 manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 4484,66 manat, faiz borcu üzrə 1876,99 manat məbləğində borcu var. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, L-KD-0063321-F saylı kredit müqaviləsinin 6.6 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 638,31 manat təşkil edir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, işləmədiyi üçün ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, Cavabdeh3 kredit götürdüyü üçün ona zamin olmuşdur. Zamin olduğu üçün özü hal-hazırda kredit götürə bilmir. Evin tək gəlir gətirəni odur. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından gğrünür ki, BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixili, L-KD-0061837-F nömrəli birgə borcluluq müqaviləsi bağlanmışdır. Daha sonra birgə borcluluq müqaviləsinə əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixili L-KD-0061837-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.33%, illik 28% olmaqla 5000 manat məbləğində kredit verməyi, borcalanlar isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KD-00005458 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh3 L-KD-0061837-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişlərə əsasən, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, maliyyə arayışına əsasən, Cavabdeh3 xx.xx.2023-cü il tarixli L-KD-0061837 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 4484.66 manat əsas, 1876.99 manat faiz borcu, 638.31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 6999.96 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materialları ilə sübut olunur ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onların banka 4484.66 manat məbləğində əsas borc, 1876.99 manat məbləğində faiz borcu olmaqla, cəmi 6361.65 manat məbləğində borcu yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəlik xx.xx.2023-cü il tarixli, KD-00005458 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı eyni zamanda, əldən çıxmış fayda olaraq 638,31 manat tələb edir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki bu tələbin təmin edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixili, L-KD-0061837-F nömrəli kredit, birgə borcluluq və xx.xx.2023-cü il tarixli, KD-00005458 saylı zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 4484.66 manat məbləğində əsas borc, 1876.99 manat məbləğində faiz borcu olmaqla, cəmi 6361.65 (altı min üç yüz altmış bir manat altmış beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 4484.66 manat məbləğində əsas borc, 1876.99 manat məbləğində faiz borcu olmaqla, cəmi 6361.65 (altı min üç yüz altmış bir manat altmış beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq olaraq 90 (doxsan) manat məbləğində pul iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar