Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1185/2023 05.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı “X5“ Bakı filialı nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X5“ Bakı filialı Cavabdeh kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsinə və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5“ Bakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3.938,16 manat (Bundan 3.633,81 manat əsas borc və 304.5 manat faiz borcu təşkil edir) məbləğində 09 iyul 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 59.38 manat dövlət rüsumunun tutularaq “X5“ Bakı filialına verilməsi və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş, ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilə yönəldilməsi, Avtomobilin hərrac vasitəsi ilə satılması və əldə olunan vəsaitdən “X5“ Bakı filialına olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını və məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə Cavabdeh məxsus ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilin üzərinə həbs qoyulmaqla saxlanca verilməsi barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə “X5“ Bakı filialı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh məhkəməyə müraciət edildikdən sonrakı müxtəlif tarixlərdə cəmi 3250 manat ödəniş etmiş və iddia tələbində qeyd olunan borcu qismən azaltmışdır. Bundan əlavə məhkəmə proseduru davam etdiyi zamanda kreditin qalığına faizlər hesablanmışdır. Nəticədə iddia ərizəsində qeyd olunan məbləğ müəyyən qədər azalmışdır. Ona görə də iddia tələbində qeyd olunan iddia tələbinin həcminin azaldılaraq 800,27 manat (Bundan 398,81 manat kredit və 401,46 manat isə hesablanmış faiz borcu) kredit borcu və 59,38 manat dövlət rüsumunun tutularaq “X5“ Bakı filialına verilməsi və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş, ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilə yönəldilməsi, Avtomobilin hərrac vasitəsi ilə satılması və əldə olunan vəsaitdən “X5“ Bakı filialına olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını və məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə Cavabdeh məxsus ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilin üzərinə həbs qoyulmaqla saxlanca verilməsi barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X5“ Bakı filialı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, “X5“ Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli 86 AV №-li kredit müqaviləsinə əsasən Cavabdeh illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X5“ Bakı filialı ilə Cavabdeh arasında 86 Aİ saylı “İpoteka müqaviləsi” imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən Borcalan Ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 352.86 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “kredit müqaviləsi” nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq “Borcalan” 09 iyun 2023-cü il tarixə “Bank”a 5141.0 manat ödəniş həyata keçirilmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər gün üçüç “Borcala” “bank”a illik 29% ödəməlidir. 09 İyun 2023-cü il tarixə cavabdehin “Bank”a olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 800,27 manat təşkil edir. Bundan 398,81 manat kredit və 401,46 manatisə hesablanmış faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh ilə bağlanmış 29 iyul 2021-ci il raixli 86 AV saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə onunla 86 Aİ saylı İpoteka müqaviləsi imzalanmışdır. Bank və İpoteka qoyan arasında imzalanmış 29 iyul 2021-ci il tarixli 86 Aİ №-li İpoteka müqaviləsinə əsasən kredit üzrə öhdəliklərin icra olunmasının təminatı kimi, o, ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metalik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobili ipoteka kimi təqdim etmişdir. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən İpoteka saxlayana dəyən zərərlər və həmçinin İpoteka saxlayan tərəfindən İpoteka predmetinə ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Ona görə də Cavabdeh 800,27 manat (Bundan 398,81 manat kredit və 401,46 manat isə hesablanmış faiz borcu) kredit borcu və 59,38 manat dövlət rüsumunun tutularaq “X5“ Bakı filialına verilməsi və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş, ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilə yönəldilməsi, Avtomobilin hərrac vasitəsi ilə satılması və əldə olunan vəsaitdən “X5“ Bakı filialına olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını və məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə Cavabdeh məxsus ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilin üzərinə həbs qoyulmaqla saxlanca verilməsi barədə Qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı “X5“ Bakı filialı nümayəndəsi X3 məhkəməyə rəsmi ərizə təqdim edərək hər dəfə məhkəməyə gəlməyə imkanının olmamasını bildirib işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarında olan Cavabdeh ilə bağlanmış 29 iyul 2021-ci il raixli 86 AV saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə onunla 86 Aİ saylı İpoteka müqaviləsi imzalanmışdır. Bank və İpoteka qoyan arasında imzalanmış 29 iyul 2021-ci il tarixli 86 Aİ № -li İpoteka müqaviləsinə əsasən kredit üzrə öhdəliklərin icra olunmasının təminatı kimi, o, ** LZ *** qeydiyyat nömrəli , 2021-ci il buraxılışlı, Boz metalik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobili ipoteka kimi təqdim edilmişdir. İş materiallarında olan “X5“ Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli 86 AV №-li kredit müqaviləsinə əsasən Cavabdeh illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 86Aİ nömrəli İpoteka müqaviləsinin surətindən görünür ki, İpoteka saxlayan və İpoteka qoyan arasında bağlanmış 86AV saylı xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən İpoteka saxlayan İpoteka qoyana illik 19 faiz hesablanmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra olunmasının təminatı olaraq İpoteka qoyan modeli Niva 21214, mühərrik 1138267, ban 2429708, rəngi boz metal, ili 2021 avtomobili banka ipotekaya qoymuşdur. İş materiallarında olan “X5“ Bakı filialı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə göndərilmiş bildirişdən görünür ki, “X5“ Bakı filialına maddi ziyanı ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X5“ Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli 86 AV №-li kredit müqaviləsinə əsasən Cavabdeh illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X5“ Bakı filialı ilə Cavabdeh arasında 86 Aİ saylı “İpoteka müqaviləsi” imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən Borcalan Ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 352.86 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “kredit müqaviləsi” nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq “Borcalan” 09 iyun 2023-cü il tarixə “Bank”a 5141.0 manat ödəniş həyata keçirilmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər gün üçün “Borcala” “bank”a illik 29% ödəməlidir. Hazırda cavabdehin “Bank”a olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 800,27 manat təşkil edir. Bundan 398,81 manat əsas borc və 401,46 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh ilə bağlanmış 29 iyul 2021-ci il raixli 86 AV saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə onunla 86 Aİ saylı İpoteka müqaviləsi imzalanmışdır. Bank və İpoteka qoyan arasında imzalanmış 29 iyul 2021-ci il tarixli 86 Aİ №-li İpoteka müqaviləsinə əsasən kredit üzrə öhdəliklərin icra olunmasının təminatı kimi, o, ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metalik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobili ipoteka kimi təqdim etmişdir. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən İpoteka saxlayana dəyən zərərlər və həmçinin İpoteka saxlayan tərəfindən İpoteka predmetinə ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 295-ci maddəsində göstərilir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq hərracda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh “X5“ Bakı filialı ilə aralarında bağlanmş kredit müqaviləsi ilə İpoteka müqaviləsinin şərdlərinə əməl etməməklə həm Azərbaycan Respublikası Mülki Məcəllənin müddəalarını, həm də “İpoteka haqqında“ Qanunun tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlirki, iddia tələbi təmin edilməli və Cavabdeh vurduğu ziyana görə 800,27 manat (Bundan 398,81 manat kredit və 401,46 manat isə hesablanmış faiz borcu) məbləğində 09 iyul 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 59.38 manat dövlət rüsumunun tutularaq “X5“ Bakı filialına verilməsi və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş, ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsi ilə satılması və əldə olunan vəsaitdən “X5“ Bakı filialına ödənilməli, məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə Cavabdeh məxsus ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilin üzərinə həbs qoyulmaqla saxlanca verilməsi barədə Qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurduğu ziyana görə 800,27 manat (Bundan 398,81 manat kredit və 401,46 manat isə hesablanmış faiz borcu) məbləğində 09 iyul 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 59.38 manat dövlət rüsumu tutularaq “X5“ Bakı filialına verilsin və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş, ** LZ *** qeydiyyat nömrəli, 2021-ci il buraxılışlı, Boz metallik rəngli, Mühərrik 1138267, Ban XTA21214N2429708, “LADA 21214 LEGEND” markalı avtomobilə yönəldilsin, avtomobil hərrac vasitəsi ilə satılsın və əldə olunan vəsaitdən “X5“ Bakı filialına ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-1185/2023
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(041)-1185/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver