Məhkəmə qərarları › İş №e-2(041)-1188/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1188/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1188/2025 21.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 817.90 manat əsas borc və 3.06 manat faiz borcu olmaqla, cəmi 820.96 manat və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tamkart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.51 manat əsas borc və 6.25 manat faiz borcu olmaqla, cəmi 305.76 manat məbləğində kredit borcunun, ödənilmiş 31.27 (otuz bir manat, 27 qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Kürdəmir filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən X6 30 ay müddətinə illik 21% faiz olmaqla 2050 (iki min əlli) manat məbləğində nağd kredit və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tamkart müqaviləsinə əsasən 36 ay müddətinə illik 24% faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti verilmişdir. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təqdim edilmiş “Elektron notariat” X1 çıxarışa əsasən X5 adına vərəsəlik işi qanun üzrə vərəsəsi Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Kürdəmir filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X5 xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 817.90 manat əsas borc və 3.06 manat faiz borcu olmaqla cəmi 820.96 manat və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tamkart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.51 manat əsas borc və 6.25 manat faiz borcu olmaqla cəmi 305.76 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə ərizə verərək xx.xx.2025-ci il tarixli məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən X6 30 ay müddətinə illik 21% faiz olmaqla 2050 (iki min əlli) manat məbləğində nağd kredit və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tamkart müqaviləsinə əsasən 36 ay müddətinə illik 24% faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh X5 xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 817.90 manat əsas borc və 3.06 manat faiz borcu olmaqla, cəmi 820.96 manat və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tamkart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.51 manat əsas borc və 6.25 manat faiz borcu olmaqla, cəmi 305.76 manat məbləğində kredit borcu, ümumilikdə isə 1126.72 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZ-İİ 406365 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə Bakı şəhəri, Yasamal rayonunda vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin verdiyi sənədlərdən görünür ki, “Elektron notariat” X2 çıxarışına əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsəsi Cavabdehdır. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə X7 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə Cavabdeh tərəfindən qəbul edilmişdir və o, borclunun yeganə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 31.67 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 817.90 manat əsas borc və 3.06 manat faiz borcu olmaqla, cəmi 820.96 manat və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tamkart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.51 manat əsas borc və 6.25 manat faiz borcu olmaqla, cəmi 305.76 manat borc və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 31.67 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 817.90 manat əsas borc və 3.06 manat faiz borcu olmaqla, cəmi 820.96 manat və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tamkart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.51 manat əsas borc və 6.25 manat faiz borcu olmaqla, cəmi 305.76 manat məbləğində kredit borcu, xidmət haqqı daxil olmaqla ödənilmiş 31.67 (otuz bir manat, 67 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar