Məhkəmə qərarları › İş №e-2(041)-1189/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1189/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1189/2023 24.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı Nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması, alıcıya təhvil verilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-644 reestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadə hüquqlarının itirilməsi, həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə 4Ə-644 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh 16000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı X2 ilkin olaraq 8000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit vasitəsi ilə ödəyir. Cavabdeh qalan 8000 manat məbləği 12 ay müddətinə, altı aydan bir iki dəfə 4000 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 8000 manat ilkin ödəniş edilmişdir. Qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraqmüqavilə üzrə öhdəlikdlərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-savtqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydlasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixdə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Ona görə də Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-644 reestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadə hüquqlarının itirilməsi, həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı QSC ilə aralarında xx.xx.2019-cu il tarixdə 4Ə-644 reyestr nömrəli daşınmaz əmlakın nisyə alqısatqısı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 16000 manat qiymətinə razılaşıb evin yarı dəyəri olan 8000 manat məbləğində pulu "xxxx" QSC-nə ödəmişdir. Qalan 8000 manat məbləğində pulu isə hissə-hissə olmaqla iki dəyəyə 4000 manat olmaqla iki dəfəyə ödəməyi öhdəsinə götürsə də, sonradldan maddi imkanı olmadığına görə banka borclu qaldığı 8000 manat məbləğində pulu ödəyə bilməmişdir. Banka borclu qaldığı 8000 manat məbləğində pulu yaxın vaxt ərzində ödəyəcəyinə söz verib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul editlməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0,0581 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106,2 kv.metr olan fərdi yaşayış evi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında 0,0581 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106,2 kv.metr olan fərdi yaşayış evini 16.000 manata Cavabdeh satmışdır. Həmin müqavilənin şərtinə görə alıcı Cavabdeh 8000 manat məbləği 12 ay müddətinə altı aydanbir iki dəfəyə 4000 manat olmaqla notarius tərəfindən bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" QSC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023cü il tarixli 2514 nömrəli təklifdən (müqavilənin ləğvinə dair) görünür ki, Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh 16000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı X2 ilkin olaraq 8000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit vasitəsi ilə ödəyir. Cavabdeh qalan 8000 manat məbləği 12 ay müddətinə, altı aydan bir iki dəfə 4000 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürsə də o, qalan 8000 manat məbləğində pulu banka ödəməmişdir. Ona görə də "xxxx" QSC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını diləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə 4Ə-644 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh 16000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı X2 ilkin olaraq 8000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit vasitəsi ilə ödəyir. Cavabdeh qalan 8000 manat məbləği 12 ay müddətinə, altı aydan bir iki dəfə 4000 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 8000 manat ilkin ödəniş edilmişdir. Qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəlikdlərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-savtqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydlasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixdə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Həmin Məcəllənin 421.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilməmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yalnız razılığı əsasında, habelə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarından görünür ki, Cavabdeh Daşınmaz Əmlakın nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin müqavilə üzrə İddiaçı QSC-yə borclu qaldığı 8000 manat məbləğində pulu Banka ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh ilə İddiaçı QSC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-644 reyestr nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh istifadə hüquqları itirilməli, cavabdehin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin əmlak boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-644 reyestr nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh istifadə hüquqları itirilsin və cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarsın, həmin əmlak boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh Əhmədaba oğlundan 100 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar