Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1213/2024 25.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə İddiaçı "xxxx" MM Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM Qeyri Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********4013 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26,00% dərəcəsi olmaqla 30 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 342 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********4013-613062 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 Hüseyn oğlu zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh4 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh4 əsas borc üzrə 6899,00 manat, faiz borcuna görə 2263,79 manat, cərimə borcuna görə 344,24 manat, cəmi 9507,03 manat təşkil edir. Ona görə də iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6899,00 manat, faiz borcuna görə 2263,79 manat, cərimə borcuna görə 344,24 manat, cəmi 9507,03 manat məbləğində borcun və 115.08 manat məbləğində dövlət rüsumunun "xxxx" MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMM QBKT-yə lazımi qaydada məlumat verilmiş, iddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək xx.xx.2024-cü il tarixə təyin olunmuş 2(041)-1213/2024 saylı iş üzrə baxış iclasının onların iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh3 iştirak etmiş və məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiklərini və buna görə iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********4013 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MM QBKT tərəfindən Cavabdeh4 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26,00% dərəcəsi olmaqla 30 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş **********4***-******* nömrəli Zaminlik müqaviləsinə əsasən X1 Cavabdeh1 "xxxx" MM QBKT ilə bağladığı xx.xx.2023-cü il tarixli, **********4013 nömrəli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş **********4013-613062 nömrəli Zaminlik müqaviləsinə əsasən X1 Cavabdeh3 "xxxx" MM QBKT ilə bağladığı xx.xx.2023-cü il tarixli, **********4013 nömrəli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş **********4***-******* nömrəli Zaminlik müqaviləsinə əsasən X1 Cavabdeh2 Hüseyn oğlunun "xxxx" MM QBKT ilə bağladığı xx.xx.2023-cü il tarixli, **********4013 nömrəli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2023-cü il tarixli, **********4013 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il taixinə əsas borc üzrə 6899,00 manat, faiz borcuna görə 2263,79 manat, cərimə borcuna görə 344,24 manat, cəmi 9507,03 manat manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin AZ-İİ 373182 nömrəli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində ölmüşdür. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********4013 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26,00% dərəcəsi olmaqla 30 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 342 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********4013-613062 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 Hüseyn oğlu **********1***- ******* saylı Zaminlik müqaviləsi ilə zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh4 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh4 xx.xx.2023-cü il tarixli, **********4013 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il taixinə əsas borc üzrə 6899,00 manat, faiz borcuna görə 2263,79 manat, cərimə borcuna görə 344,24 manat, cəmi 9507,03 manat manat məbləğində kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. İş üzrə Cavabdeh1 öldüyünə görə iddia tələbinə ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə görə iş üzrə tərəflərdən biri öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh4, Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6899,00 manat, faiz borcuna görə 2263,79 manat, cərimə borcuna görə 344,24 manat, cəmi 9507,03 manat məbləğində borcun və 115.08 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" X3-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6899,00 manat, faiz borcuna görə 2263,79 manat, cərimə borcuna görə 344,24 manat, cəmi 9507,03 manat məbləğində borc və 115.08 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" X3-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbinə Cavabdeh1 oğlduna münasibətdə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-1213/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1213/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver