Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1216/2024 25.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, X1 oğlunun katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh3 arasında bağlanmış 8 iyun 2023-cü il tarixli, KRFS-13082 saylı kredit müqaviləsinə əsasənillik 23 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 8 iyun 2023-cü il tarixdə İddiaçı ASC-nin Kürdəmir filialı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 8 iyun 2023-cü il tarixxli, KRFS-13082 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 8 iyun 2023-cü il tarixli, KRFS-13082 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Tərəflər arasında bağlanmış 8 iyun 2023-cü il tarixli, KRFS- 13082 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 8-dən gec olmayaraq hər ay 418,99 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 8 iyun 2023-cü il tarixli, KRFS- 13082 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6327,5 manat, faiz borcuna görə 576,24 manat, dəbbə borcuna görə 114,12 manat, borcun cəmi məbləği 7017,86 manat təşkil edir. Ona görə də cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 8 iyun 2023-cü il tarixli, KRFS-13082 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6327,5 manat, faiz borcuna görə 576,24 manat, dəbbə borcuna görə 114,12 manat, cəmi 7017,86 manat məbləğində pulun və 90,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-yə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nnümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərib iddia tələbini müdafiə etdiklərini iddia tələbinə onların iştirakı olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək göstərdi ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-13082 saylı kredit müqaviləsinə əsasən bankdan illik 23 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin Kürdəmir filialı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Krediti götürdükdən sonra kredit borcunun müəyyən hissəsini ödəsə də, sonradan maddi imkanı olmadığına görə qalan qredit borcunu ödəyə bilməmişdir. İddiaçı ASC-nə qalan kredit borcunu yaxın vaxt ərzində ödyəcəyini bildirib iddia tələbinin təmin edilməsinə heç bir etirazının olmadığını bildirdi və bu barədə birgə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, 2023-cü ildə Cavabdeh3 ona müraciət edərək İddiaçı ASC-nin Kürdəmir filialından kredit götürmək istədiyini bildirib ona zamin durmasını xahiş etmişdir. O, da Sənanın təklifi ilə razılaşmışdır. Bundan sonra İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-13082 nömrəli kredit müqaviləsnə əsasən ona 24 ay müddətinə illik 23 faiz olmaqla 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə onun arasında xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Sonradan Cavabdeh3 kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib banka olan borcunu ödəmədiyinə görə bank tərəfindən ona da xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı ASC-nə qalan kredit borcunu yaxın vaxt ərzində ödyəcəklərini bildirib iddia tələbinin təmin edilməsinə heç bir etirazının olmadığını bildirdi və bu barədə birgə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia tələbini qəbul etdiklərini bildirib İddiaçı ASC-nə qalan kredit borcunu yaxın vaxt ərzində ödyəcəklərini bildirib iddia tələbinin təmin edilməsinə heç bir etirazının olmadığını bildirib bu barədə birgə ərizələrini məhkəməyə təqdim etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, KRFS-13082 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 24 ay müddətinə illik 23 faizlə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, KRFS-13082 nömrəli zaminlik müqavilələrinə əsasən əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 cavabdeh X2 İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli, KRFS-13082 nömrəli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, RB-02/PK-1672 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, KRFS-13082 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-nə 6327,5 manat əsas borcu, 576,24 manat faiz borcu, 114,12 manat cərimə borcu, ümumilikdə 7017,86 manat kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, onlara banka olan kredit borcunu ödəmələri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə cavabdehlərin izahatını diləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh3 arasında bağlanmış 8 iyun 2023-cü il tarixli, KRFS- 13082 saylı kredit müqaviləsinə əsasənillik 23 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 8 iyun 2023-cü il tarixdə İddiaçı ASC-nin Kürdəmir filialı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 8 iyun 2023-cü il tarixxli, KRFS- 13082 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 8 iyun 2023-cü il tarixli, KRFS-13082 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Tərəflər arasında bağlanmış 8 iyun 2023-cü il tarixli, KRFS- 13082 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 8-dən gec olmayaraq hər ay 418,99 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 8 iyun 2023-cü il tarixli, KRFS- 13082 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6327,5 manat, faiz borcuna görə 576,24 manat, dəbbə borcuna görə 114,12 manat, borcun cəmi məbləği 7017,86 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 8 iyun 2023-cü il tarixli, KRFS-13082 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6327,5 manat, faiz borcuna görə 576,24 manat, dəbbə borcuna görə 114,12 manat, cəmi 7017,86 manat məbləğində pulun və 90,18 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 8 iyun 2023-cü il tarixli, KRFS- 13082 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6327,5 manat, faiz borcuna görə 576,24 manat, dəbbə borcuna görə 114,12 manat, cəmi 7017,86 manat məbləğində pulun və 90,18 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-1216/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1216/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver