Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1283/2025 19.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Azərbaycan” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 İnqlab oğlundan müştərək qaydada 23030,45 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 7794.22 ABŞ dolları borcun və 129.75 manat ödənilmiş dövlət rüsumunun iddiaçı“X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 fevral 2013-cü il tarixində «X5 Azərbaycan QSC ilə Cavabdeh1 arasında 92539/1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 avtomobil almaq məqsədi ilə 47200 (qırx yeddi min iki yüz ABŞ dolları) məbləğində pul ayrılmışdır və o, 48 (qırx səkkiz) ay müddətində kreditin əsas məbləği və ona illik 17% faiz (on yeddi faiz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşdülər. Borcalanın 92539/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 22 fevral 2013-cü il tarixində «X5 Azərbaycan» QSC ilə "ipoteka qoyan" Cavabdeh1 arasında 92539/1 nömrəli ipoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 2012-ci il buraxılış tarixli, mühərrik B6324S**********3, ban SALFA2BA3CH293111 olan, **-RR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, "X3" minik markalı nəqliyyat vasitəsi «X5 Azərbaycan» QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır “X5 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X5 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-374/2007 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 23030,45 (iyirmi üç min otuz dollar qırx beş sent) ABŞ dolları və 40,50 (qırx manat əlli qəpik) manat pul borcun tutulması və tutmanın ipoteka predmeti olan, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan "X3" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsi ilə satılması və əldə edilmiş məbləğlərdən borcun ödənilməsi qət edilmişdir. Məlumat üçün qeyd edirik ki, ilkin olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMC- tərəfindən hərrac keçirilmiş, hərrac mərhələsi baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan "X3" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil 16000 (on altı min) manat vəsaitə digər şəxsə, qalib alıcıya satılmışdır. Göründüyü kimi, cavabdeh(lər)in xx.xx.2017-ci il tarixə əsas borc üzrə 23030,45 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) xx.xx.2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən 13618.69 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2017 tarixindən xx.xx.2023 tarixinə qədər – 6682.03 ABŞ dolları (gecikmə gün sayı - 2089 gün) 2) xx.xx.2023 tarixindən xx.xx.2025 tarixinə qədər – 1112.19 ABŞ dolları (gecikmə gün sayı - 588 gün) olmaqla ümumilikdə cəmi 7794.22 ABŞ dolları təşkil edir. Cavabdeh1 iddiaya dair etirazında bildirmişdir ki, "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə aralarındada bağlanmış xx.xx.2013-cü il tarixli, 92539/1 sayı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 47200 ABŞ dolları məbləğində kredit verilmişdir. "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə qardaşı Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 onunla "X5 Azərbaycan Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 92539/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti onunla birgə öz üzərinə götürmüşdür. Həmçinin "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 92539/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixdə "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə 92539/1 nömrəli ipoteka (girov) müqaviləsi bağlanmışdır. Həmin ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan 2012-ci il buraxılış tarixli, mühərrik B63245**********3, ban SALFA2BA3CH293111 olan, **-RR-*** dövlət qeydiyyat nişanı, ağ rəngli, "X3" minik markah nəqliyyat vasitəsi "X5 Azərbaycan" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "X5 Azərbaycan" QSC-dən 47000 ABŞ dolları məbləğində krediti götürəndən sonra 2017ci ilin fevral ayına kimi həmin kredit üzrə əsas borc, faiz və cərimə borcuna görə ödənişlər etməklə Bankın hesablamalarına görə xx.xx.2017-ci il tarixinə əsas məbləğ üzrə 20373,50 ABŞ dolları, faiz borcu üzrə 2456.95 ABŞ dolları, cərimə borcu üzrə 5659,05 ABŞ dolları məbləğində borcumun qalması müəyyən edilmişdir. Qalan kredit borcunun ödənilməsinin təmin edilməsi məqsədilə "X5 Azərbaycan" QSC Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, tələb "X3" markalı avtomobilə yönəldilmiş və avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait banka ödənilmişdir. İddiaçı “X5” QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında iddiaya dair etirazda göstərdiyi xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşə əlavə edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-374/2017 nömrəli qətnaməsi ilə iddiaçı "X5 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması" tələbinə dair iddiası qismən təmin edilərək, 20373,50 ABŞ dolları əsas borc, 2456,95 ABŞ dolları faiz borcu. 200 ABŞ dolları cərimə borcu, cəmi ******* ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və borclulara bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci 10.50 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40,50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq iddiaçı «X5 Azərbaycan» QSC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş «X3» minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 23030,45 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40,50 manat məbləğində pul iddiaçı "X5 Azərbaycan" QSC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 637/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatından "xxxx" QSC-nin Hüquq Departamentinin hüquqşünası Kamil Məmmədovanın məktubuna baxılmış və müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə 15 sentyabr 2020-ci il tarixdə baxılmış, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(103)-037/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 21 fevral 2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 7794.22 ABŞ dolları məbləğində borcu vardır. Pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin cədvəli: Qeyd Tarix Qətnamə üzrə məbləğ Məhkəmə qərarı: xx.xx.2017 25-Dec-17 $23,030.45 Məhkəmə qərarı üzrə gələn 14-Sep-23 $9,411.76 vəsait: Qalıq borc xx.xx.2023 $13,618.69 Qalıq borc 24-Apr-25 $13,618.69 Gecikmə gün sayı 5% tələbi xx.xx.2017 -xx.xx.2023 2,089 $6,682.03 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı xx.xx.2023 -xx.xx.2025 588 $1,112.19 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı Cəmi 2,677 $7,794.22 İşə əlavə edilmiş məhkəmə qətnamələrindən məlum olur ki; - "X5 Azərbaycan" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 fevral 2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh1 48 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 47200 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - "X5 Azərbaycan" QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 21 fevral 2013cü il tarixli zaminlik müqaviləsindən görünür ki. bank tərəfindən borcalan zamin Cavabdeh2 borclu Cavabdeh1 21 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. - ipoteka saxlayan "X5 Azərbaycan" QSC ila ipoteka qoyan və borcalan Cavabdeh1 arasında bağlanmış 22 fevral 2013-cü il tarixli 92539/1 saylı ipoteka (girov) müqaviləsindən görünür ki, "X5 Azərbaycan" QSC-nin Babək filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2013-cü il tarixli 92539/1 saylı istehlak kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus 2012-ci il buraxılışlı, "X3" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti 59.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. -Açıq hərracın nəticələri haqqında 177/23 nomrəli protokola əsasən, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC- tərəfindən hərrac keçirilmiş, hərrac mərhələsi baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan "X3" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil 16000 (on altı min) manat vəsaitə digər şəxsə, qalib alıcıya satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə öhdəliyin icrası barədə müddəalar tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. İşdə olan sənədlərin tədqiqi onu göstərir ki, tərəflər arasında kredit müqaviləsinin məbləği 47200 ABŞ dolları olduğu halda, Cavabdeh1 məxsus "X3" minik markalı, **-RR- *** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmiş, müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti 59.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-374/2017 nömrəli qətnaməsinə kimi cavabdehlərin iddiaçıya cəmi 23030,45 ABŞ dolları məbləğində borcu olmuş və həmin məbləğin ödənilməsini təmin etmək məqsədilə borc Bank qarşısında ipoteka ilə yüklü edilmiş, müqavilənin 3.1-ci bəndinə əsasən 59.000 ABŞ dolları məbləğində qiymətləndirilən Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş «X3» minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi 6 ildən sonra, yəni 2023-cü ildə icra edilərək 59.000 ABŞ dolları məbləğində qiymətləndirilən, Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş «X3» minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac yolu ilə 16000 (on altı min) manata satılmışdır. Başqa sözlə, cavabdehlər nəinki borcun ödənilməsini gecikdirmiş, əksinə hərracın nəticələrini gözləyərək, avtomobilin satışından artıq qalacaq məbləğə iddialı olmuşdur. İddiaçının təqdim etdiyi cədvəl üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə 2,089 gün sayına hesabladığı 6,682.03 ABŞ dolları məbləğində pulun cavabdehdən tələb edilməsi əsassızdır. Məhkəmə, hərracdan sonra, yəni xx.xx.2023-cü il tarixdən iddianın verildiyi xx.xx.2025-ci il tarixə, yəni 588 gecikdirilmiş günə görə dəymiş zərərin əvəzi kimi hesablanmış 1112.19 ABŞ dolları məbləğində pulun cavabdehdən tələb edilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2024-cü il tarixli qərarında gəldiyi hüquqi nəticəyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 İnqlab oğlundan müştərək qaydada 21 fevral 2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq 1112.19 ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul iddiaçı “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı 129.75 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 129.75 manat dövlət rüsumunun 18 manatı cavabdehlərə, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 İnqlab oğlundan müştərək qaydada 21 fevral 2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində 1112.19 (bir min bir yüz on iki dollar 19 sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat tutularaq iddiaçı “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: X.X.İMANOV