Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-1338/2023 25.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 5222,73 manat (əsas borcu-5168,90 manat, faiz borcu 53,83) məbləğin və ödənilmiş 73 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ümumilikdə 5222,73 manat (əsas borcu-5168,90 manat, faiz borcu 53,83) məbləğin və ödənilmiş 73 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nə ödənilməsi tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilərək iş üzrə hazırlıq iclası xx.xx.2023-cü il tarixdə keçirildikdən sonra məhkəmə baxışı iclasının keçirilməsi xx.xx.2023cü il tarixə təyin edilərək bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi K.A.Kazımov iddia ərizəsinin geri qaytarılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək iddia tələbi üzrə mvübahisə məhkəmədən kənar həll edildiyindən mülki işi baxılmamış saxlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Nurəddin qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi K.A.Kazımovun ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin olunsun. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-1338/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-1338/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver