Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1338/2024 26.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələblərə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsinə əsasən illik 28,5 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1364 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləbi 560,61 manat təşkil edir. xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları, 1 ədəd çəkisi 6,8 qram, əyarı 583 olan komplekt, 1 ədəd çəkisi 2,5 qram, əyarı 583 olan sırğa, 2 ədəd çəkisi 2,3 qram, əyarı 583 olan biri qırıq qolbaq, 2 ədəd çəkisi 6,2 qram, əyarı 583 olan qırıq sep, 1 ədəd çəkisi 0,7 qram, əyarı 583 olan klon və 1 ədəd çəkisi 7,8 qram, əyarı 500 olan qırıq komplekt sırğa, cəmi 26,3 qram çəkidə qızıl-zinət əşyalarından ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödənniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Ona görə də Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə kreditə görə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləği 560,61 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 6,8 qram, əyarı 583 olan komplekt, 1 ədəd çəkisi 2,5 qram, əyarı 583 olan sırğa, 2 ədəd çəkisi 2,3 qram, əyarı 583 olan biri qırıq qolbaq, 2 ədəd çəkisi 6,2 qram, əyarı 583 olan qırıq sep, 1 ədəd çəkisi 0,7 qram, əyarı 583 olan klon və 1 ədəd çəkisi 7,8 qram, əyarı 500 olan qırıq komplekt sırğa, cəmi 26,3 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləği 560,61 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-nə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi X2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərib işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmiş və mülki işlə əlaqədar əlavə heç bir vəsatətlərinin olmadığını bildirmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28,5 faizlə 1364 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Saxlanc girovu haqqında xx.xx.2022-ci il tarixli NZLMB- 08320 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə NZLMB-08320 nömrəli Saxlanc girovu haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh girov qəbul edilmiş 1 ədəd çəkisi 6,8 qram, əyarı 583 olan komplekt, 1 ədəd çəkisi 2,5 qram, əyarı 583 olan sırğa, 2 ədəd çəkisi 2,3 qram, əyarı 583 olan biri qırıq qolbaq , 2 ədəd çəkisi 6,2 qram, əyarı 583 olan qırıq sep, 1 ədəd çəkisi 0,7 qram, əyarı 583 olan klon və 1 ədəd çəkisi 7,8 qram, əyarı 500 olan qırıq komplekt sırğadan ibarət qızıl əşyaları 2128,62 manat məbləğində qiymətləndirilmiş və İddiaçı ASC-nin “Nizami” filialının kassasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, RB-02/2397 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08320 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə kimi İddiaçı ASC-nə 443,5 manat əsas, 25,35 manat faiz borcu, 91,76 manat cərimə borcu, cəmi 560,61 manat borcu qalmışdır. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli NZLMB- 08320 saylı kredit müqaviləsinə əsasən illik 28,5 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1364 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləbi 560,61 manat təşkil edir. xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan 1 ədəd çəkisi 6,8 qram, əyarı 583 olan komplekt, 1 ədəd çəkisi 2,5 qram, əyarı 583 olan sırğa, 2 ədəd çəkisi 2,3 qram, əyarı 583 olan biri qırıq qolbaq , 2 ədəd çəkisi 6,2 qram, əyarı 583 olan qırıq sep, 1 ədəd çəkisi 0,7 qram, əyarı 583 olan klon və 1 ədəd çəkisi 7,8 qram, əyarı 500 olan qırıq komplekt sırğa, cəmi 26,3 qram çəkidə qızıl-zinət əşyaları banka girov qoyulmuş və xx.xx.2022-ci il tarixli tartəhviltəslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddənin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və satılmadığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə kreditə görə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləği 560,61 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 6,8 qram, əyarı 583 olan komplekt, 1 ədəd çəkisi 2,5 qram, əyarı 583 olan sırğa, 2 ədəd çəkisi 2,3 qram, əyarı 583 olan biri qırıq qolbaq , 2 ədəd çəkisi 6,2 qram, əyarı 583 olan qırıq sep, 1 ədəd çəkisi 0,7 qram, əyarı 583 olan klon və 1 ədəd çəkisi 7,8 qram, əyarı 500 olan qırıq komplekt sırğa, cəmi 26,3 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləği 560,61 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.
1. Cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə kreditə görə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləği 560,61 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulsun.
2. Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 6,8 qram, əyarı 583 olan komplekt, 1 ədəd çəkisi 2,5 qram, əyarı 583 olan sırğa, 2 ədəd çəkisi 2,3 qram, əyarı 583 olan biri qırıq qolbaq , 2 ədəd çəkisi 6,2 qram, əyarı 583 olan qırıq sep, 1 ədəd çəkisi 0,7 qram, əyarı 583 olan klon və 1 ədəd çəkisi 7,8 qram, əyarı 500 olan qırıq komplekt sırğa, cəmi 26,3 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilsin.
3. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə 443,5 manat əsas, faiz borcuna görə 25,35 manat, cərimə borcuna görə 91,76 manat, borcun cəmi məbləği 560,61 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ASC-yə ödənilsin.
4. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli NZLMB-08320 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Müseyib Bayramov