Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1354/2023 27.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM **********20 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nəğd kredit üzrə 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində kredit borcu, 40.84 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı "xxxx" ASC-nin Kürdəmir filialı ilə X1 arasında bağlanmış BPM **********20 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərşivə müqaviləsinə əsasən Bank tərəfindən C.Ə.Məmmədovaya 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 2530 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24% olmaqla 400 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kürdəmir regional «Asan xidmət» mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 356 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 2V-160 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Kürdəmir filialı tərəfindən təqdim edilmiş maliyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə BPM **********20 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nəğd kredit üzrə 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras götürsə də cavabdeh öz öhdəliyni bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Həsənova X6 Elnur Çingiz oğlu və Cavabdeh6 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində kredit borcu və 40.84 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli BPM **********20 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 36 ay müddətinə illik 18 faizlə 2530 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X5 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********20 saylı kredit müqaviləsinə əsasən C.Ə.Məmmədovanın banka 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində kredit borcu var. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 göndərilmiş xx.xx.2023cu il tarixli, PKD/MİŞ-0232 nömrəli xəbərdarlıqdan görünür ki, onlara banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar banka olan kredit borcunu ödəməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Kürdəmir filialı ilə X1 arasında bağlanmış BPM **********20 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən C.Ə.Məmmədovaya 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 2530 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kürdəmir regional «Asan xidmət» mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 356 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 2V-160 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Kürdəmir filialı tərəfindən təqdim edilmiş maliyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə BPM **********20 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nəğd kredit üzrə 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras götürsə də cavabdeh öz öhdəliyni bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də cavabdehlar Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində borcu və 40.84 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 1.891.66 manat əsas borc olmaqla cəmi 1.891.66 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 191.62 manat məbləğində borcu və 40.84 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-1354/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1354/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver