Məhkəmə qərarları › İş №e-2(041)-1386/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1386/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1386/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsi üzrə 101.83 nanat məbləğində əsas borc, 9.56 manat məbləğində faiz borcu olmaqla, cəmi 111.39 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh məxsus girov qoyulmuş çəkisi 3.4 qram olan 585 əyarlı 1 ədəd üzükdən, çəkisi 5 qram olan 583 əyarlı 1 ədəd sırğadan, çəkisi 2.5 qram olan 583 əyarlı 1 ədəd sırğa banan güzgülü qızıl-ziynət əşyasına yönəldilməsi, həmin əşyaların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 111.39 manatməbləğində borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, KRLMB-13133saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdeh Səlimova Tünzalə Rüstəm qızının digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. İddiaçı ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə cavabdeh Səlimova Tünzalə Rüstəm qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 12 ay müddətinə cavabdeh Səlimova Tünzalə Rüstəm qızına 226 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Səlimova Tünzalə Rüstəm qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Səlimova Tünzalə Rüstəm qızı öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh Səlimova Tünzalə Rüstəm qızının xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsi üzrə borcu 101.83 məbləğində əsas borc, 9.56 manat məbləğində faiz borcu olmaqla, cəmi 111.39 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, KRLMB-13133saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Səlimova Tünzalə Rüstəm qızına məxsus olan çəkisi 3.4 qram olan 585 əyarlı 1 ədəd sırğa Banan güzgülü qızıl-zinət əşyası xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyası xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Şəmkir” filialına saxlanca verilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı bank iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səlimova X2 rayonunun Dəyirmanlı kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Səlimova Tünzalə Rüstəm qızına illik 28 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 226 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı saxlanc girovu haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Səlimova Tünzalə Rüstəm qızı xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq ona məxsus olan və saxlanc girovu haqqında müqavilənin ayrılmaz hissəsi olan Əlavədə sadalanan qızıl-zinət əşyalarını girov qoymuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı “Saxlanc girovun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə” dair aktın təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Səlimova Tünzalə Rüstəm qızı çəkisi 3.4 qram olan 585 əyarlı 1 ədəd sırğa banan güzgülü qızıl-zinət əşyasını girov predmeti olaraq iddiaçıya təhvil vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh Səlimova Tünzalə Rüstəm qızının xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan borcu 101.83 manat məbləğində əsas borc, 9.56 manat məbləğində faiz borcu olmaqla, cəmi 111.39 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. MM-in 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsi maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsi və girov predmetinin satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda, borcun cavabdehin digər əmlakına yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissələri də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, MM-in 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. MM-in 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-in 300-cü maddəsinə əsasən, girov aşağıdakı növlərdə ola bilər saxlanc; əşyanın lombardda girovu; hüquqların girovu; pul vəsaitinin girovu; sabit girov; dövriyyədəki malların girovu. MM-in 301-ci maddəsinə əsasən, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-in 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Göstərilən hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan çəkisi 3.4 qram olan 585 əyarlı 1 ədəd sırğa banan güzgülü qızıl-zinət əşyası Cavabdeh kredit borcunun təminatı olduğundan, borclu isə girov ilə təmin edilmiş borcunun ödənilməsini ləngitdiyindən, habelə borcunu ödəmədiyindən, İddiaçı ASC tələbin girov ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın bu hissəsi də təmin edilərək, tələb girov ilə yüklü edilmiş əmlaka yönəldilməli və Cavabdeh kredit borcu həmin əmlakın hesabına ödənilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.3.-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsi üzrə 101.83 manat məbləğində əsas borc, 9.56 manat məbləğində faiz borcu olmaqla, cəmi 111.39 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı, Cavabdeh mülkiyyətində olan çəkisi 3.4 qram olan 585 əyarlı 1 ədəd sırğq banan güzgülü qızıl-zinət əşyası açıq hərracdan satılmalı və satışdan əldə edilmiş məbləğ bankın kredit tələbinin ödənilməsinə yönəldilməli, girov predmetinin satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda, borcun cavabdehin digər əmlakına yönəldilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsi üzrə 101.83 manat məbləğində əsas borc, 9.56 manat məbləğində faiz borcu olmaqla, cəmi 111 (bir yüz on bir) manat 39 (otuz doqquz) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh mülkiyyətində olan çəkisi 3.4 qram olan 585 əyarlı 1 ədəd sırğa bana güzgülü qızıl-zinət əşyası açıq hərracdan satılsın və satışdan əldə olunmuş məbləğ Cavabdeh tutulmalı olan 111(bir yüz on bir) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsinə yönəldilsin. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, KRLMB-13133 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa,Cavabdeh digər əmlakına yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar