Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1427/2024 06.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbiyev Yaşar İlham oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli KRFS-12938 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9069.58 manat, faiz borcuna görə 594.65 manat, dəbbə borcuna görə 49.65 manat, cəmi 9713.88 manat məbləğində pulun və həmçinin dövlət rüsumu kimi ödənilmiş 117.14 manat pulun tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KRFS-12938 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 36 ay müddətinə 36 manat məbləğdə kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1, Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh3 Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər üzərinə götürdüyü müqavilə öhdəliyini yerinə yetirməyib və kredit borcunu ödəməyib. İddiaçı məhkəmədən iddianın təmin edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2023-cü il tarixli KRFS-12938 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9069.58 manat, faiz borcuna görə 594.65 manat, dəbbə borcuna görə 49.65 manat, cəmi 9713.88 manat məbləğində pulun və həmçinin dövlət rüsumu kimi ödənilmiş 117.14 manat pulun tutulması barədə qətnamə qəbul etməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-nə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərib mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərini qəbul etdiyini bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqduim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, KRFS-12938 nömrəli kredit müqaviləsindən görünür ki Cavabdeh2 36 ay müddətə, illik 23 faiz dərəcəsi ilə 12000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh3 xx.xx.2023-ci il tarixli KRFS-12938 saylı kredit müqaviləsi üzrə X1 zamin durmuşdur. İş materiallarında olan xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ödənilməmiş 9069.58 manat, faiz borcuna görə 594.65 manat, dəbbə borcuna görə 49.65 manat, cəmi 9713.88 manat borcu var. İş materillarında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-ci il tarixli KRFS 12938 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklər üzrə yaranmış borc məbləğini 3 iş günü müddətində banka ödəməyi tələb olunmuşdur. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 12000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, KRFS-12938 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 9069.58 manat, faiz borcuna görə 594.65 manat, dəbbə borcuna görə 49.65 manat, cəmi 9713.88 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən Kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci madəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsaən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2023ci il tarixdə bağlanmış kredit və zaminlik müqavilələrinə görə cavabdehlər öz üzərinə götürdüyü öhdəliyi heç bir üzürlü səbəb olmadan yerinə yetirməmişdir. Ona görə də, cavabdehlər həmin müqavilə üzrə iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımı qaydada icra etmədiyi üçün borc məbləği onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2023-cü il tarixli KRFS-12938 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9069.58 manat, faiz borcuna görə 594.65 manat, dəbbə borcuna görə 49.65 manat, cəmi 9713.88 manat məbləğində pul və həmçinin dövlət rüsumu kimi ödənilmiş 117.14 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli KRFS-12938 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9069.58 manat, faiz borcuna görə 594.65 manat, dəbbə borcuna görə 49.65 manat, cəmi 9713.88 manat məbləğində pul və həmçinin dövlət rüsumu kimi ödənilmiş 117.14 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN MÜSEYİB BYRAMOV
Məhkəmə qərarları › İş №e-2(041)-1427/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1427/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver