Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1434/2024 10.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında 06 oktyabr 2017-ci il tarixli K2308 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 15%, cərimə faizi 180% olmaqla 240 ay müddətinə, xx.xx.2037-ci il tarixədək 342 225 (üç yüz qırx iki min iki yüz iyirmi beş) manat məbləğində mənzilin alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli İ3642 nömrəli ipoteka müqaviləsi imzalanmış və Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105, mənz il1 (Yeni qadalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İ3642 İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********22-05301- 093080, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin Kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən kreditin və faizlərin ödənilməsi kredit alan tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə kredit verən tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə və ya müqavilə ləğv edilmədən kredit məbləği tələb oluna bilər (6.3.1). Borcalan tərəfindən faiz və əsas borcun ödənilməsinin gecikdirilmiş günü 349 gün təşkil edir. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasıüçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 667 (altı yüz altmış yeddi) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, borcalanın Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir:- K2308 saylı kredit müqaviləsinə əsasən 319,376.48 (üç yüz on doqquz min üç yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat əsas borc, 52,608.88 (əlli iki min altı yüz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, 4,653.70 (dörd min altı yüz əlli üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 376,639.06 (üç yüz yetmiş altı min altı yüz otuz doqquz manat altı qəpik) manat təşkil edir. Ona görə də Cavabdeh K2308 saylı kredit müqaviləsinə əsasən 319,376.48 (üç yüz on doqquz min üç yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat əsas borc, 52,608.88 (əlli iki min altı yüz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, 4,653.70 (dörd min altı yüz əlli üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 376,639.06 (üç yüz yetmiş altı min altı yüz otuz doqquz manat altı qəpik) manat doxsan səəkkiz qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilə (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilin (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) ilkin satış qiymətinin 436.000 (dörd yüz otuz altı min) müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 667 (altı yüz altmış yeddi) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərib işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etimişdir. Məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında 06 oktyabr 2017-ci il tarixli K2308 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehə 15%, cərimə faizi 180% olmaqla 240 ay müddətinə, xx.xx.2037-ci il tarixədək 342.225 manat məbləğində mənzilin alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli İ3642 nömrəli ipoteka müqaviləsi imzalanmış və Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105, mənzil 1 (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, AUT-2024/10/05-38 nömrəli arayışından görünür ki, Cavabdeh 06 oktyabr 2017-ci il tarixli K2308 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 319.376.48 manat, faiz üzrə borcu 52.608.88 manat, cərimə borcu 4.653.70 manat, cərimə hesablanmış gunlərin sayı 423 gün olmaqla cəmi borcu 376.639.06 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdlardan görünür ki, cavabdehə banka olan kredit borcunu ödəmələri barədə xəbərdarlıq edilmişdir. İş materiallarından əlavə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105, mənzil (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İ3642 İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********22- 05301-093080, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında 06 oktyabr 2017-ci il tarixli K2308 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 15%, cərimə faizi 180% olmaqla 240 ay müddətinə, xx.xx.2037-ci il tarixədək 342.225 (üç yüz qırx iki min iki yüz iyirmi beş) manat məbləğində mənzilin alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli İ3642 nömrəli ipoteka müqaviləsi imzalanmış və Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105, mənzil 1 (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İ3642 İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********22-05301-093080, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin Kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən kreditin və faizlərin ödənilməsi kredit alan tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə kredit verən tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə və ya müqavilə ləğv edilmədən kredit məbləği tələb oluna bilər (6.3.1). Borcalan tərəfindən faiz və əsas borcun ödənilməsinin gecikdirilmiş günü 349 gün təşkil edir. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə il əvə müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh K2308 saylı kredit müqaviləsinə əsasən 319,376.48 (üç yüz on doqquz min üç yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat əsas borc, 52,608.88 (əlli iki min altı yüz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, 4,653.70 (dörd min altı yüz əlli üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 376,639.06 (üç yüz yetmiş altı min altı yüz otuz doqquz manat altı qəpik) manat doxsan səəkkiz qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulmalı, Tutmanın Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilə (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilin (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) ilkin satış qiymətinin 436.000 (dörd yüz otuz altı min) müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməli, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilməli, 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 667 (altı yüz altmış yeddi) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.
1. Cavabdeh K2308 saylı kredit müqaviləsinə əsasən 319,376.48 (üç yüz on doqquz min üç yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat əsas borc, 52,608.88 (əlli iki min altı yüz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, 4,653.70 (dörd min altı yüz əlli üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 376,639.06 (üç yüz yetmiş altı min altı yüz otuz doqquz manat altı qəpik) manat doxsan səəkkiz qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulsun.
2. Tutmanın Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilə (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) yönəldilsin.
3. Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilin (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) ilkin satış qiymətinin 436.000 (dörd yüz otuz altı min) müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilsin.
4. Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilsin.
5. İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin.
6. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 667 (altı yüz altmış yeddi) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Müseyib Bayramov