Məhkəmə qərarları › İş №e-2(041)-1490/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1490/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1490/2025 25.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli RGTK9060799B104 saylı kredit müqaviləsinə əsasən 9985.47 manat əsas, 518.35 manat faiz, cəmi 10503.82 manat məbləğində vəsaitin və ödənilmiş 121.51 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK9060799B104 saylı kredit müqaviləsinə əsasən ona illik 16% faiz dərəcəsi ilə 83 ay müddətinə 10355.57 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli RGTK9060799B104 saylı kredit müqaviləsinə əsasən 9985.47 manat əsas, 518.35 manat faiz, cəmi 10503.82 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə daxil olmuş ərizədə işə onların iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul edərək bildirdi ki, iddia tələblərini qəbul edir. Bakıda kirayə yaşayır. Ehtiyatda olan hərbi qulluqçudur. Hərbidə işlədiyi vaxt bankdan pul götürmüşdür. Sonradan isə işdən azad edildiyindən onun kredit borcunu geri qaytarmasında çətinlik yaranmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK9060799B104 saylı kredit müqaviləsinə əsasən ona illik 16% faiz dərəcəsi ilə 83 ay müddətinə 10355.57 manat məbləğində kredit borclunun mülkiyyətinə verilmiş, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə banka qaytarmağı öhdəsinə götürmüşdür (1-ci bənd). İşdə olan, maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli RGTK9060799B104 saylı kredit müqaviləsinə əsasən 9985.47 manat əsas, 518.35 manat faiz, cəmi 10503.82 manat borcu vardır. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixli, 28-446-16/MH13378 saylı bildiriş göndərməklə öhdəliyinin dərhal yerinə yetirməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9985.47 manat məbləğində əsas borc, 518.35 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10503.82 (on min beş yüz üç manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121.51 (yüz iyirmi bir manat əlli bir qəpik) manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli RGTK9060799B104 saylı kredit müqaviləsinə əsasən 9985.47 manat əsas borc, 518.35 manat faiz borcu olmaqla, cəmi 10503.82 (on min beş yüz üç manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121.51 (yüz iyirmi bir manat əlli bir qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar