Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1540/2025 01.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 026A********** saylı kredit razılaşması üzrə 1628.46 manat məbləğində kredit bоrcu, 98.17 manat məbləğində faiz bоrcu və 14.13 manat məbləğində cərimə olmaqla, cəmi 1740.76 manat, xx.xx.2023cü il tarixli 026A********** saylı kredit razılaşması üzrə 6531.72 manat məbləğində kredit bоrcu, 495.46 manat məbləğində faiz bоrcu və 114.74 manat məbləğində cərimə olmaqla, cəmi 7141.92 manat borc, ümumilikdə cəmi 8882.68 (səkkiz min səkkiz yüz səksən iki manat 68 qəpik) manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 108.83 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 026A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 (üç min dörd yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1771.54 manat ödəniş etmiş və оnun iddiaçıya 1628.46 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 62 gün üçün hesablanmış faiz borcu 98.17 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 62 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 14.13 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 026A********** saylı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9600 (doqquz min altı yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3068.28 manat ödəniş etmiş və оnun iddiaçıya 6531.72 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 154 gün üçün hesablanmış faiz borcu 495.46 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 154 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 114.74 manat təşkil edir. İddiaçı QSC tərəfindən məhkəməyə daxil olmuş ərizədə işə onların iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 026A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 (üç min dörd yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 026A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9600 (doqquz min altı yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan “Accessbank» QSC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1628.46 manat əsas, 98.17 manat məbləğində faiz borcu, 14.13 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1740.76 manat məbləğində borcu vardır. İş materiallarında olan “Accessbank» QSC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 6531.72 manat əsas, 495.46 manat məbləğində faiz borcu, 114.74 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7141.92 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarında müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli 026A********** saylı kredit razılaşması üzrə 1628.46 manat məbləğində kredit bоrcu, 98.17 manat məbləğində faiz bоrcu və 14.13 manat məbləğində cərimə olmaqla, cəmi 1740.76 manat, xx.xx.2023-cü il tarixli 026A********** saylı kredit razılaşması üzrə 6531.72 manat məbləğində kredit bоrcu, 495.46 manat məbləğində faiz bоrcu və 114.74 manat məbləğində cərimə olmaqla, cəmi 7141.92 manat, ümumilikdə cəmi 8882.68 (səkkiz min səkkiz yüz səksən iki manat 68 qəpik) manat məbləğində bоrc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 108.83 (yüz səkkiz manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 026A********** saylı kredit razılaşması üzrə 1628.46 manat məbləğində kredit bоrcu, 98.17 manat məbləğində faiz bоrcu və 14.13 manat məbləğində cərimə olmaqla, cəmi 1740.76 manat, xx.xx.2023-cü il tarixli 026A********** saylı kredit razılaşması üzrə 6531.72 manat məbləğində kredit bоrcu, 495.46 manat məbləğində faiz bоrcu və 114.74 manat məbləğində cərimə olmaqla, cəmi 7141.92 manat, ümumilikdə cəmi 8882.68 (səkkiz min səkkiz yüz səksən iki manat 68 qəpik) manat məbləğində bоrc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 108.83 (yüz səkkiz manat səksən üç qəpik) manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-1540/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1540/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver